Kriptovalyuta bazarında SON DURUM

İqtisadiyyat
12:51 / 05.10.2022
7284
Kriptovalyuta bazarlarının dəyəri eniş trendində olsa da, son günlər yenidən yüksələrək 1 trilyon dollarlıq həddi keçib.
Sfera.az xəbər verir ki, kriptovalyuta bazarında may ayında “Terra”nın çökməsi ilə başlayan eniş tendensiyası FED-in sərt faiz siyasəti və qlobal iqtisadi problemlər səbəbindən davam edirdi. Bu ayın əvvəlində 1 trilyon dollardan aşağı düşən kriptovalyuta bazarının dəyəri dolların bir qədər ucuzlaşması ilə son günlər yüksəlib.
Aparıcı kriptovalyutalardan “Bitcoin” və “Ethereum”un bazar dəyəri yüksəlişə keçib. “Bitcoin”in qiyməti sentyabrın 13-dən bəri ilk dəfə olaraq 20 469 dollardan yuxarı qalxa bilib. “Bitcoin”dən sonra “Ethereum” və XRP kimi altkoinlər də yüksəlməyə başlayıb.
Vasif,
Sfera.az