Ölkəyə ərzaq idxalı artıb
Yanvar-iyul ayları ilə müqayisədə xam şəkər və şəkərin idxalı 20,4 faiz, bitki yağları – 18,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,5 faiz, çay – 81,5 faiz, kartof – 40,9 faiz, təzə tərəvəz – 90,9 faiz, quş əti və əlavə məhsulları – 3,1 dəfə artıb.
Publika.az xəbər verir ki, mebel 30,0 faiz, hesablama maşınları, blok və qurğuları – 3,0 dəfə, rezin şinlər – 19,2 faiz, məişət kondisionerləri – 5,4 dəfə, paltaryuyan maşınlar – 64,5 faiz artıb.
Əvəzində buğda idxalı 9,3 faiz, təzə meyvə – 2,3 faiz, mal əti – 26,6 faiz, minik avtomobilləri – 85,7 faiz, qara metallardan borular – 37,0 faiz, polad prokatı – 7,9 faiz, qara metallardan çubuqlar – 72,3 faiz, polietilen – 21,7 faiz, qara metallardan künclüklər – 34,0 faiz, sement və sement klinkerləri – 33,4 faiz, mineral gübrələr – 12,7 faiz azalıb.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiyanın, 12,9 faizi Türkiyənin, hər biri 6,8 faiz olmaqla Çin və Birləşmiş Krallığın, 5,9 faizi ABŞ-ın, hər biri 4,4 faiz olmaqla Almaniya və İtaliyanın, 4,1 faizi Yaponiyanın, 3,8 faizi Sinqapurun, 3,1 faizi Ukraynanın, 2,7 faizi Norveçin, 1,9 faizi Braziliyanın, 1,8 faizi Fransanın, 1,6 faizi İranın, 1,5 faizi Qazaxıstanın, 1,2 faizi İsveçin, 1,1 faizi Xorvatiyanın, hər biri 1,0 faiz olmaqla Niderland, Avstriya və Belarusun, 15,2 faizi isə digər ölkələrin payına düşüb.