ABŞ-ın dövlət borcunda YENİ REKORD

İqtisadiyyat
12:38 / 05.10.2022
7560
ABŞ-ın borcu ilk dəfə 31 trilyon dolları keçib.
Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin borcu 31,1 trilyon dollara çatıb.
Xatırladaq ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) bu ilin əvvəlində hazırladığı hesabatda ölkənin artan borc yükü ilə bağlı xəbərdarlıq etmişdi.
İyul ayında dərc edilən CBO-nun Uzunmüddətli Büdcə Görünüşü Hesabatında vurğulanıb ki, borcun artması iqtisadi inkişafı yavaşlada, ölkənin faiz ödənişlərini və maliyyə böhranı riskini artıra bilər.
Qeyd edək ki, ABŞ-ın ümumi daxili məhsul (ÜDM) istehsalının həcminin 2022-ci ilin sonunda 25,34 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Proqnoz özünü doğruldarsa, dövlətin borcu ÜDM-in 122 faizinə bərabər olacaq.
Vasif,
Sfera.az