4 oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi günüdür

İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün “Ümumdünya heyvanların mühafizəsi günü” keçirilmişdir.
4 oktyabr tarixi təsadüfi olaraq seçilməmişdir. Bu gün heyvanların müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma Qandinin ad günüdür. Həmçinin, bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr İtaliyasında yaşamış Fransisko nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, hər bir saatda dünyada 3 heyvan, hər gün isə 70 fauna və flora növü yox olur. Balıq növlərinin isə 35 %-nin nəsli kəsilib.
Vəhşi heyvanların məskunlaşdığı meşələrə qarşı isə sözün həqiqi mənasında əsl soyqırım həyata keçirilir. Belə ki, hər saniyə yer üzündə 1,5 hektar, hər il isə təxminən 17 milyon hektar meşə yox olur.
Sevindirici haldır ki, Azərbaycanda heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan və ya tükənmək təhlükəsi ilə üzləşən fauna növlərinin adı “Qırmızı kitab”-a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır. Belə tədbirlərə nümunə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “ IDEA” İctimai Birliyinin bəbirlərin, ceyranların qorunması sahəsində birgə təşəbbüslərini qeyd etmək olar.
Aynil