“Hull City” də baş məşqçi iddiaları - Acun İlicalı danışdı

“Hull City” də baş məşqçi iddiaları - Acun İlicalı danışdı

Türkiyə Çempionat komandalarından olan “Hull City”nin sahibi Acun İlicalı Şota Arveladzenin ilə ayrıldıqdan sonra yeni baş məşqçinin kim olacağının bəlli olmadığını bildirib.

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, klub sahibi Acun İlicalı verdiyi açıqlamada "Hazırda bir çox namizədlə danışıqlar aparırıq. Yay mövsümündə texniki cəhətdən yüksək və topu yaxşı saxlaya bilən komanda yaratmaq məqsədi ilə bir sıra transferlər etdik. Məşqçi də heyətdən maksimum yararlana bilən biri olmalıdır" -deyə bildirib.

ÇOX FUTBOLÇULARIMIZ ZƏDƏLİ OLUB

Çox zədəli futbolçular olduğunu qeyd edən İlicalı “Bir çox oyunçumuz zədələndi. Allahyarın uzun müddətli zədəsindən sonra Tettehi də itirdik. Daha sonra Ozan Tufan və Serini qısa müddətə itirdik. Bu qədər zədə olanda yaxşı nəticəyə necə ümid bəsləyək? Əminəm ki, tam uyğunlaşma yarandıqda yüksək səviyyəli komanda görəcəyik".

 

Aynil


OXŞAR XƏBƏRLƏR