Rusiyada avtomobil ehtiyat hissələri tapılmır - BAHALAŞMA 

Rusiyada avtomobil ehtiyat hissələri tapılmır - BAHALAŞMA 

Rusiyada avtomobil ehtiyat hissələri bazarında qıtlıq və bahalaşma müşahidə edilir. 


Sfera.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, Rusiyada avtomobillərin ön şüşələri, kuzov hissələri, mühərriklər, yağ və yanacaq filtrləri tapılmır. Eyni zamanda sanksiyalar səbəbindən üçüncü ölkələrdən ehtiyat hissəslərini idxal etmək də mümkün deyil. 


Ehtiyat hissələrinin çatışmazlığı qiymətlərə də təsir edir. Bu ilin yanvarından Rusiyada ehtiyat hissələrinin qiyməti 35-65 faiz artıb. Bu tendensiya avropalı istehsalçıların ölkədən getməsi, qeyri-sabit valyuta məzənnəsi, eləcə də daha mürəkkəb logistika ilə bağlıdır. 


Əhəmiyyətli qıtlıq yaşayan brendlər arasında “Ford”, “Subaru”, “Suzuki”, “Renault”, həmçinin “Audi”, “Mazda” və “Volvo” var. Daha çətin vəziyyət bahalı avtomobillərlə bağlıdır. “BMW”, “Mercedes-Benz”, “Jaguar”, “Land Rover”, həmçinin “Volvo”, “Lexus” və “Porsche” hissələrinin qiyməti daha çox artıb. 


Çatışmazlıq səbəbindən avtomobil sahiblərinə avtomobilləri işlənmiş orijinal ehtiyat hissələri ilə təmir etmək təklif olunur. Rusiyada avtomobil bazarının iri ticarətçiləri ilin sonuna qədər ehtiyat hissələrinin daha 15 faiz bahalaşacağını gözləyirlər.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...