Ən yüksək inflyasiya bu ölkədədir

İqtisadiyyat
12:14 / 03.10.2022
5065
Ümumi daxili məhsulun (ÜDM) real həcminə görə, ən böyük iqtisadiyyata sahib olan ölkələrdə inflyasiya göstəriciləri açıqlanıb. G20 qrupu adlanan ölkələr dünyanda ÜDM istehsalının 90 faizindən çoxunu təmin edir.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, G20 qrupu ölkələrində ən yüksək inflyasiya Türkiyədə qeydə alınıb. Sentyabrda illik inflyasiya Türkiyədə 83,5 faizə yüksəlib.
İkinci sırada Argentinadır. Bu ölkədə illik inflyasiya 78,5 faizdir.
Digər ölkələrdən daha üçündə ikirəqəmli inflyasiya qeydə alınıb. Bunlar İngiltərə (10 faiz), Almaniya (10 faiz) və Rusiyadır (14,3 faiz).
G20 ölkələri arasında ən aşağı inflyasiya isə Çin (2,5 faiz), Yaponiya (3 faiz) və Səudiyyə Ərəbistanındadır (3 faiz).
Vasif,
Sfera.az