Zelenskinin bu açıqlamasından sonra ruslar onun doğulduğu şəhərə HÜCUM ETDİ

Zelenskinin bu açıqlamasından sonra ruslar onun doğulduğu şəhərə HÜCUM ETDİ

Rusiya-Ukrayna savaşında son vəziyyət açıqlanıb.

 

Sfera.az bildirir ki, Zelenski Rusiyanın ilhaq etdiyi Donetsk vilayətinin Liman şəhərinin yenidən Ukraynanın nəzarəti altında olduğunu elan edib.

 

Sosial media hesabından açıqlama verən Ukrayna lideri "saat 12.30-a olan məlumata görə, Liman şəhəri rus işğalçılarından tamamilə təmizlənib. Müdafiəçilərimizə təşəkkür edirik”, deyə qeyd edib.

 

Müharibədə son dərəcə strateji əhəmiyyətə malik olan Limanın süqutundan sonra isə Rusiyadan gözlənilən addım gəlib. Belə ki, sözügedən ölkə Zelenskinin doğulduğu Krivoy Roqu hədəf alıb. Region qubernatoru Rusiyanın kamikadze dronları ilə bölgəni hədəf aldığını açıqlayıb. Hücumda İran istehsalı olan dronlardan istifadə edildiyi güman edilir.

 

Xatırladaq ki, Ukrayna münaqişədə həlak olan rus əsgərlərinin sayının 60 mini keçdiyini, müharibənin başlanmasından bu yana 2300-dən çox tankın məhv edildiyi bildirib. Eyni açıqlamaya görə, son 24 saatda 500 rus əsgəri həyatını itirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...