Boru kəmərlərini kim partladıb? - Ehtimallar

Boru kəmərlərini kim partladıb? - Ehtimallar

Son zamanlar “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən sızmalar dünyanın əsas müzakirə obyektlərindən biridir. Olayla bağlı Qərb və Rusiya arasında qarşılıqlı ittihamlar hələ də davam edir.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, diversiyanın kim və ya kimlər  tərəfindən törədildiyini müəyyən etmək üçün boru xəttinin fəaliyyətinin dayandırmasının ən çox hansı tərəfə fayda gətirəcəyini müəyyənləşdirmək lazımdır:

 

“Amerikalı istefada olan polkovnik, Pentaqonun başçısının keçmiş müşaviri Duqlas Makqregor “Youtube” kanallarından birinə verdiyi bəyanatda bildirib ki, Şimal Axını boru xətləri sistemində partlayış törətmək üçün bu imkanlara malik olmaq lazımdır. Çünki xəttlər olduqca möhkəm inşa edilib və onun sıradan çıxarılması üçün yüz kiloqramlarla partlayıcı lazımdır, sıradan bir ölkənin onu partlatması imkansızdır. ABŞ və ya Böyük Britaniya bu diversiyanı həyata keçirə bilərdilər, bu ölkələrin uyğun hücumu təşkil etmək üçün bütün imkanları mövcuddur. İstefada olan polkovnik Moskvanın bu təxribatı həyata keçirməsi haqqında səslənən fikirləri absurd adlandırıb. Onun dediyinə görə, nə Moskva , nə də Almaniya Şimal Axınından qaz verilməsinin dayandırılmasında maraqlı deyillər. NATO və Birləşmiş Ştatlardan gələn bəyanatlar da qaz sızmasının təxribat olduğu yönündədir. Qərbdən Rusiyanı günahlandıran eyhamlar bir-birini əvəzləyir. Qeyd olunur ki, Rusiyanın boru xətlərinin partladılmasından əldə edəcəyi mənfəət Avropa ölkələrini daha da ağır vəziyyətə düşürməkdir. Bildirilir ki, diversiya Rusiyanı Avropaya qaz ixracını tamamilə kəsmək üçün başqa vasitələrə əl atmaq məcburiyyətindən qurtaracaq. Bununla da enerji böhranı Avropanı bürüyəcək və bu da ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq”.

 

Ekspert qeyd edib ki, bu təxribat Norveçlə Polşa arasında çəkilən yeni boru xətti, dəniz altından keçən kabel xətlərinin də  taleyini  şübhə altına alır:

 

“Rusiyanı günahlandıranların fikrincə, bununla Kreml  təxribatların davam edə biləcəyi barədə Qərb dövlətlərinə xəbərdarlıq edir. Təbii ki, Rusiya tərəfi ona qarşı yönələn bütün iddiaları rədd edir və təxribatın ABŞ və onun NATO üzrə müttəfiqlərinin həyata keçirdiyi iddiasını irəli sürür. Təxribatın törədilməsində hansının əlinin olduğunu sübut etmək olduqca çətindir. Bu məsələdə Çin Kəşfiyyat orqanları və mütəxəssislərinin də yardımı dəyə bilər. Çin tərəfi isə hələ susur. Boru xətlərində baş verən təxribat  Avropada vəziyyəti gərginləşdirəcək, hakimiyyətlərin sosial problemlərini artıracaq, vətəndaş itaətsizliyinə gətirib çıxaracaq. Rusiya iqtisadi baxımdan gəlir əldə edəcək, Avropadakı müştərilərinə qaz  kəsintisinə görə təzminat ödəməyəcək. Belə partlayışların davam edəcəyi Avropa ölkələrinin diqqətində olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...