Kseniya Sobçaka cinayət işi açıla bilər

Kseniya Sobçaka cinayət işi açıla bilər

Polis Kseniya Sobçakın hərəkətlərində dövlət hakimiyyəti haqqında saxta məlumatların yayılmasını qeydə alıb və İstintaq Komitəsindən jurnalistə qarşı cinayət işi qaldırmağı xahiş edib.

 

Sfera.az bildirir ki, bu barədə TASS mənbəsinə istinadən xəbər verir.

 

Cinayət işinin məhz hansı maddə ilə açıla biləcəyi hələlik məlum deyil. Mənbənin sözlərinə görə, söhbət festivalların dövlət maliyyələşdirilməsi ilə bağlı feyk məlumatdan gedir.

 

Daha əvvəl rejissor Vitali Manskinin barəsində böhtan maddəsi ilə cinayət işi açılıb. O, Kseniyanın “Ostorojno, Sobçak” yutub layihəsinə müsahibəsində bildirib ki, “Moskva” beynəlxalq kinofestivalında büdcənin azı 85%-i oğurlanır. Festivalın prezidenti rejissor Nikita Mixalkov Manskidən şikayət edib və onu böhtanda ittiham edib. Mixalkovun ittihamlarına cavab olaraq Manski ona festivalla bağlı sənədləşməni dərc etməyi və haqlı olduğunu sübuta yetirməyi təklif edib.

 

Kseniya Sobçakın adı bu işdə şahid kimi hallanır. Dindirilmə zamanı Sobçak bildirib ki, Manski ilə müsahibəsinə görə cavab verməyə hazırdır və əlavə edib ki, buraxılışın nə rejissoru, nə də redaktorları olub.

 

Cinayət işinin qaldırılıb-qaldırılmaması ilə bağlı qərar ay ərzində veriləcək.  


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...