Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdi - TOYDAN GÖRÜNTÜLƏR - VİDEO - FOTO

Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdi - TOYDAN GÖRÜNTÜLƏR - VİDEO - FOTO

Bir neçə həftə əvvəl 79-cu "Venesiya Film Festivalı" çərçivəsində təqdim edilən  "Banu" filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaellanın ötən axşam toyu baş tutub.

 

Sfera.az Milli.A -a istinadən xəbər verir ki, sənətçi amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə ailə qurub.

 

Cütlüyün toyu paytaxtın dəbdəbəli restoranların birində baş tutub.

 

Açılışda Təhminə ilə Henri "O olmasın bu olsun" filmində səslənən Məşədi İbadın "Mən nə qədər qoca olsam da dəyərəm min cavana" musiqi sədaları altında rəqs ediblər. Bəyin milli rəqsin öhdəsindən məharətlə qəlməsi qonaqları heyran edib.

 

Diqqət çəkən məqam isə tort kəsilən zamanı Henrinin Təhminənin dodağından öpməsi olub.

 

Həmin anlar gecədə iştirak edən qonaqlar tərəfindən sosial şəbəkə hesablarında paylaşılıb.

 

Bununla yanaşı toyda dəvətlilər arasında Təhminənin bir sıra sənət yoldaşları iştirak edib.

 

Qonaqlardan biri isə "Banu" filmində Təhminənin anasını canlandıran Əməkdar artist Mələk Abaszadə olub. Sənətçi həmkarı ilə toyda çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, cütlüyə xoşbəxtlik arzu edib.

 

Gecənin musiqi qonaqları isə Xalq artistləri Zülfiyyə Xanbabayeva və Miri Yusif olub. Onlar sevilən mahnıları və hit duetləri ilə gecəyə rəng qatıblar. Aşiqlər isə onların ifaları sədaları altında rəqs ediblər.

 

Milli.Az 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...