Ehtiyaca görə itini satdı, avtobus dayanacaqlarında yatdı - Məşhur aktyorun uğur hekayəsi

Əsl motivasiya filmi olan “Rocky” əslində həqiqətən real uğur hekayəsinin əsasında yaranıb. Filmdə Silvestr Stallone insanlara heç vaxt təslim olmamağı öyrədir.
Sfera.az məşhur aktyor Silvestr Stallonenin “Rokki” filmindən əvvəl həyatı, yaşadıqları və hər kəsi heyran edəcək maraqlı faktları təqdim edir:
Stallonenin unikal mimika ifadəsi ilə diqqət çəkən ağız-üz quruluşunu olduğunu bilirsiniz.
Məhz buna görə istər izləyicilər, istərsə də sosial şəbəkə adminləri tərəfindən tez-tez zarafat obyektinə çevrilir
Onun ağız quruluşunun və nitqinin belə olmasının səbəbi uşaqlıqda keçirdiyi üz iflicidir (qismən).
Xüsusən də uşaqlıqda bu səbəbdən nitqində çox çətinlik çəkirdi.
Bu kiçik məsələ, əlbəttə ki, bir aktyorun sahib olmaq istəməyəcəyi ən arzuolunmaz haldır. Karyerasının ilk illərində bu Stalonneyə həmişə mane olurdu.
Stalonne 1970-1975-ci illərdə epizodik rollarda iştirak edə bilən təcrübəsiz aktyor və ssenarist kimi həyatını davam etdirirdi. Bir neçə öz ssenarisini sınaqdan keçirmişdi.
Bir gün maddi sıxıntı səbəbindən Nyu Yorka getməyə qərar verir və daha məşhur aktyor olmaq arzusuna düşür.
Qismən iflic olması burada da onun taleyindən təsirsiz ötüşmür. Nyu-Yorkda heç kim ona aktyorluq üçün rol vermir. Hələ uzun müddət işsiz qalacaq Stalonnenin bank hesabında cəmi 106 dollar qalmışdı.
İşlər o qədər pis gedir ki, o və iti Butkus həftələrlə Nyu Cersi avtobus terminalında yatmalı olurlar.
Bir müddət sonra Stalonne yanından bir dəfə də olsun ayırmadığı sevimli itini yedizdirməyə imkanı olmadığı üçün tanımadığı yad adama cəmi 25 dollara satmalı olur.
Həyatın ən dibini gördüyü ərəfələrdə o, bir gün Məhəmməd Əlinin oyuna baxmaq imkanı qazanır.
24 mart 1975-ci ildə Məhəmməd Əli və Çak Vepner üz-üzə gəlmişdi.
Bu qarşılaşmada Çak Vepnerin Məhəmməd Əliyə qarşı heç bir şansının olmadığı və cəmi 3 raund dayana biləcəyi düşünülürdü. Lakin Çak Vepner Məhəmməd Əlidən nə qədər sərt olsa da, dayanmadı və mübarizəni davam etdirdi.
Hamını təəccübləndirən Vepner Məhəmməd Əliyə düz 15 raund müqavimət göstərə bildi və matçı texniki nokautla məğlub etdi.
Bu oyundan çox təsirlənən Stallone həftəsonu oyaq qalaraq cəmi 3 gündə bir ssenari ilə gündəmə gəlməyi bacardı. Onun adı “Rocky” idi.
Stallone öz ssenarisini iki prodüser: İrvin Vinkler və Robert Çartoffa göstərib. Prodüserlər ssenarini bəyəndikdə Stalloneyə müəllif hüquqluğu üçün 125 min dollar təklif edirlər.
Lakin pulu olmadığı üçün sevimli itini satan Stallone üçün bu təklif inanılmaz idi; xəyalına belə gələ bilməyəcək məbləğ idi.
Prodüserlərin bir şərti var idi: filmdə Rokkini başqası oynayacaqdı. Stallone bu təklifi qətiyyətlə rədd edir. Rokkini özü oynamasa, ssenarisini satmayacağını bildirir.
Bir neçə həftə keçir. Eyni prodüserlər Stallonenin rol almaması şərti ilə ssenari üçün 325.000 dollar təklif edirlər.
Stallone yenə təklifi qəbul etmir.
Çıxılmaz vəziyyətdə qalan prodüserlər Silvestr Stallonenin təklifi ilə razılaşmalı olurlar və sponsorluq üçün Çaplinin təsisçisi olduğu “United Artists”ə müraciət edirlər.
Filmin büdcəsini 2 milyon dollar olaraq təyin edən müəsissə, baş rol ifaçısının heç tanımadıqları biri- Silvester Stallone olmasına qarşı çıxır.
Onlar Rokkini Stallonenin əvəzinə Robert Redford, Rayan O'Nil və ya dövrün ulduzları olan Bert Reynoldsun oynamasını israr edirdilər.
Ancaq prodüserlər Winkler və Chartoff Stallonenin bu mövzuda qəti qərarlı olduğunu izah etdikdə; sponsor şirkət filmin büdcəsini azaldır.
Hətta bununla kifayətlənməyərək film ziyana uğrayacağı təqdirdə hər şeydə prodüserlərin cavabdehlik daşıyacaqlarını bildirən müqavilə imzaladırlar.
Belə olduğu halda filmin çəkilişi üçün büdcə artımına ehtiyac yaranır. Prodüserlər Winkler və Chartoff layihəni tamamlamaq üçün evlərini girov qoyurlar.
Stalloneyə də oynamağa icazə verilir, lakin onun qonorarı 35.000 dollara endirilir.
Stallone aldığı 35.000 dolların 15.000-ni itini alan adamı tapmaq üçün xərcləyir. Xoşbəxt sonluq alınır, dünyalar qədər sevdiyi iti-Butkusu tapıb geri qaytarır.
Filmdəki it də Stalonnenin öz iti Butkusdur.
Rokkinin böyük rəqibi Apollon obrazı üçün casting keçirilir. Carl Weathersin növbəsi gəlir.
Weathersdən Silvester Stallone ilə üzbəüz boks səhnəsini canlandırması xahiş olunur. Weathers təsadüfən Silvestr Stallonenin çənəsinə yumruq vurur.
Stallone Weathersə deyir ki, sakit qalsın, bu, sadəcə castingdir. Weathers isə öz növbəsində bildirir ki, o kaskadyor əvəzinə “əsl” aktyorla oynasaydı, daha yaxşı çıxış edə bilərdi.
Rejissor Con G. Avildsen gülümsəyərək Weathersə deyir ki, Stallone filmin əsl aktyorudur. Weathers bir anlıq dayanır, Stalloneyə baxır və deyir: “Yaxşı, bəlkə o, gələcəkdə daha yaxşı oynamağa başlayacaq”.
Beləliklə, “Rokki” 1976-cı ilin ən çox gəlir gətirən filmi olur.
Üstəlik, “Taksi”ni geridə qoyaraq, Ən Yaxşı Film nominasiyası üzrə Oskar qazanır. Film həm də bu mükafatı qazanan ilk “idman filmi” kimi tarixə düşür.
“Rokki” filmi Silvestr Stalloneyə ümumilikdə 200 milyon dollar qazandırıb.
Silvestr Stallone Rokkidə bu qədər qərarlı olmasaydı, bəlkə də film heç vaxt əfsanəyə çevrilməyəcəkdi. Hər şeyə rəğmən, arzusundan əl çəkmədiyi üçün onu sadəcə təbrik etmək olar.
“Rokki”-dən bir sətir:
“Dünya həmişə çəhrayı deyil. Qəddar və pis bir yerdir. Nə qədər güclü olduğunun əhəmiyyəti yoxdur. İcazə versəniz, sizi diz çökdürəcək və əbədi olaraq orada qalacaqsınız. Sən, mən, heç kim həyat qədər zərbə vura bilməz. Amma önəmli olan nə qədər güclü vura bildiyiniz deyil, o zərbəni aldıqdan sonra irəliləməyə davam edib-etməməyinizdir. Həyatda nə qədər təkan götürüb davam edə bilərsiniz? Qazanmaq belədir! ... Özünə inanmağa başlayana qədər sənin öz həyatının olmayacaq!'
Aynil