Umut Bozok Trabzonsporu qınadı

Super Liqanın 8-ci həftəsində "Kayserispor"u 2-1 məğlub edən "Trabzonspor"un futbolçuları Umut Bozok və Anastasios Bakasetas mətbuata açıqlama veriblər.
Sfera.az xəbər verir ki, Trabzonspor oyunçuları Kayserisporu 2-1 məğlub etdikləri matçı şərh ediblər.
Qələbə qolundan sonra Kayserispor tribunasından üzünə yad cisim atılan Umut Bozok:
"Hazırda yaxşıyam. Qoldan sonra çox üzücü bir hadisə oldu. Azarkeşlər əsəbiləşə bilər düzdü, amma belə şeylər olmamalıdı. Biz türk futbolçularıyıq. Mənə çox pis təsir etdi, ağırdır. Cəza olacaqmı bilmirəm"- deyə açıqlamasında bildirib.
Komandasının ilk qolunu vuran Anastasios Bakasetas: "Çox yaxşı oynadığımız oyun idi. İlk hissədə 5 qol şansımız oldu və ilk hissənin nəticəsi ədalətli olmadı. Birlikdə hərəkət etdiyimiz zaman komanda olaraq bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur”- deyib.
Aynil