Müalicə aldığı Psixatriya xəstəxanasının müdiri oldu - Mari Balterin həyat hekayəsi

Müalicə aldığı Psixatriya xəstəxanasının müdiri oldu - Mari Balterin həyat hekayəsi

Mari Balterin doğru olduğuna inana bilməyəcəyiniz ağrı, əzabla dolu həyat hekayəsi var.


Sfera.az 5 yaşında körpələr evinə verilən, 6 yaşında sadist ailənin əlinə keçən, 17 yaşında ruhi xəstəxanaya yerləşdirilən, 34 yaşında universitet tələbəsi olan bir qızcığazın heyrətamiz müvəfəqiyyət hekayəsini oxuculara təqdim edir:

1. Patrisiya hətta özünə belə baxa bilməyən alkaqol düşkünü ananın qeyri-qanuni övladı idi.

2. O qədər yoxsul idilər ki, ana üç uşağına baxmaq üçün tez-tez qapı-qapı gəzib yemək dilənirdi.

3. Beş yaşında olanda anası heç vaxt izahını vermədiyi səbəbdən digər iki bacısını yanında saxlayaraq Patrisiyanı uşaq evinə yerləşdirdi.

4. Daha sonra Patrisiya italyan immiqrant cütlük tərəfindən övladlığa götürüldü və onun adı Marie olaraq dəyişdirildi.

5. Sadist cütlük balaca qızı evin zirzəmisinə bağlayıb davamlı işgəncələr verib.


Cütlüyün cəmiyyətdə yetəri qədər hörmətli mövqeyə malik olması kiçik qızın yaşadıqlarını gizlətməyə imkan verirdi.

Atanın balıq biznesi var idi. Qızları üçün gözəl paltarlar, oyuncaqlar alırdılar. Amma axşam evə gedəndə nizam-intizam qaydalarının pozulması üstündə işgəncə seansları başlayırdı. Ən kiçik səhvə görə balaca qıza ardıcıl işgəncələr verilirdi

6. Mari on yeddi yaşında olanda depressiyadan insult keçirdi.

Əzələ spazmları və astma tutmaları o qədər güclü idi ki, boğulmadan ölürdü az qala. O, həm də halüsinasiyalar gördüyü üçün həkimlər səhvən ona şizofreniya diaqnozu qoydular.

7. Deməsi çox asan səslənsə də sonrakı on yeddi il ruhi xəstəxanada keçdi.


Ümidsizlik içində qıvrılan Mari yemək yeyə bilmir, çox hərəkət edə bilmir və tez-tez intihar haqqında düşünürdü.


8. Otuz dörd yaşında olanda həkimlər Marinin vəziyyətini yenidən nəzərdən keçirdilər.

Onlar Marinin şizofreniya xəstəsi olmadığına, ağır depressiyaya düşdüyünə və panik atak keçirməsinə qərar verdilər.


9. Dostlarının və onu sevən bir neçə tibb işçisinin köməyi ilə Mari xəstəxanadan çıxdı.

İndi həyatını necə yaşayacağına özü qərar verməli idi. Tərk edilmiş, işgəncələrə, zorakılığa məruz qalmış, ömrünün otuz dörd ilini boşa keçirmişdi. Qəzəbli, ümidsiz olmaq onun təbii haqqı idi. O, həyatının məsuliyyətini üzərinə götürmədən ömrünün sonuna kimi dövlətin köməyi ilə yaşaya bilərdi, amma bu yolu seçmədi.


10. Mari isə kollecə daxil oldu və məzun oldu.

11. Evləndi. Harvard Universitetində magistr təhsili aldı.

Sonradan o: "Harvard mənə dünyaya daha geniş pəncərədən baxmaq şansı verdi və yenidən cəhd etmək üçün cəsarət verdi". deyərdi.

12. Psixiatrik xəstələrlə işləyir, mühazirələr oxuyur, tərcümeyi-halını yazır.

58 yaşında 17 ilini keçirdiyi xəstəxanaya müdir təyin edilir.

13. Xəbər agentlikləri onun yeni vəzifəsi haqqında məlumat verərkən o, qələbəsini belə izah etdi:

“Əgər bağışlamağı öyrənməsəydim, bir addım da irəliləməzdim. Həyatım boşa çıxacaqdı və bu gün bu xəstəxanaya müdir kimi qayıda bilməzdim”.


1986-cı ildə Marinin həyatı haqqında "Heç kəsin uşağı" adlı film çəkilib.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...