Əhali banklara nə qədər pul əmanət edib? - STATİSTİKA

Əhali banklara nə qədər pul əmanət edib? - STATİSTİKA

2022-ci ilin sentyabrın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında vətəndaşlarımızın və əcnəbilərin ümumilikdə 10,858 milyard manat dəyərində əmanəti var.

 

Sfera.az xəbər verir ki, əmanətlərin həcmi bu ilin əvvəlindən 1,617 milyard manat və ya 17,5 faiz, son bir ildə isə 2,3 milyard manat, yaxud 27 faiz artıb.

 

Bu qədər vəsaitin 9,982 milyard manatı, yəni 92 faizi Azərbaycan vətəndaşlarına, 876 milyon manatı əcnəbilərə məxsus olub. Əmanətlərin strukturuna diqqət yetirdikdə görürük ki, əmanətlərin sürətlə artmasında Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilər də mühüm rol oynayıb.

 

Azərbaycan vətəndaşlarının pulu son bir ildə 1,721 milyard manat artdığı halda, əcnəbilərin pulu 579 milyon manat artıb. Onu da bildirək ki, banklara pul qoyanların əksər hissəsi əmanətin manatla yerləşdirilməsinə üstünlük verir. Belə ki, ümumi əmanətlərin 6,548 milyard manatı (60,3 faizi) milli valyutada, qalanı xarici valyutadadır.

 

Vasif,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...