Dünya tarixində filmə ilk çılpaq çəkilən aktrisanın ixtirası... - Həyatımızı necə dəyişdi?

Gördüyünüz bu gözəl qadın dövrümüzün ən mühüm texnologiya kəşfi Wi-fi yaradıcısı Hedy Lamardır.
Hedy Lamarr dünya tarixində filmdə çılpaq çəkilən ilk aktrisadır. Hollivudun ən gözəl ulduzlarından biri olan Hedy Lamarr həm də rabitə dünyasının taleyini dəyişdirən Wi-fi texnologiyasının ixtiraçısıdır.
Sfera.az gözəl qadın aktrisa və ixtiraçı Hedy Lamarrın həyatı ilə bağlı maraqlı faktları təqdim edir.
Hedy Lamarr kimdir?
Hedy Lamarr - əsl adı Hedwig Eva Maria Kiesler (9 noyabr 1914-19 yanvar 2000) ABŞ-da yaşamış Avstriyalı aktrisadır. Eyni zamanda qeyd etdiyimiz kimi Wi-Fi texnologiyasının ixtiraçısıdır.
1913-cü ildə Avstriyada anadan olan Lamarr uşaq ikən aktyorluğa başlayıb. Hedy Lamarr bir çox məşhur filmlərdə çəkilsə də, əsas məşhurluq gətirən 1938-ci ildə ekranlaşdırılmış Çarlz Boyer ilə birlikdə çəkildiyi “Əlcəzair”, 1940-cı ildə Spenser Treysi ilə birlikdə çəkildiyi “Bu qadını götürürəm” filmi, 1940-cı ildə “Yoldaş X” filmidir.
Clark Gable ilə birlikdə rol aldığı film, Ceyms Stüartla birgə baş rolu paylaşdığı “Come Live With Me” filmi və Viktor Mature ilə birlikdə rol aldığı “Samson və Delilah” filmi də ona uğur gətirən filmlər olmuşdu. 1933-cü ildə Qustav Maçatinin “Ekstazi” adlı filmindəki çılpaqlığı mübahisə mövzusuna çevrilmişdi. Bütün ölkənin müzakirə və təzyiqləri nəticəsində o, həyat yoldaşından ayrılaraq gizli şəkildə Parisə qaçmağa məcbur oldu. Parisdə olarkən MGM-in prezidenti Lui B. Mayerlə görüşdü və ona Hollivudda film müqaviləsi təklif olundu. Lamarr 1930-cu illərin əvvəllərindən 1950-ci illərin sonlarına qədər filmlərdə rol alan ulduza çevrildi.
İlk evliliyi zamanı Lamarrın tətbiqi elmlərə marağı artmışdı və aktyorluq karyerasından sıxıldığı üçün ixtiraçı kimi özünü sınamağa başlamışdı. İkinci Dünya Müharibəsinin başlanğıcında o, müharibədə müttəfiq qüvvələrinə kömək etmək üçün çox həvəsli idi. Bəstəkar və ixtiraçı Corc Anteyl ilə birlikdə onlar tezlik atlamalı yayılma spektrini icad etdilər ki, yayılma spektri radio ilə idarə olunan torpedalarda istifadə olunsun. Bu ixtira patentləşdirilmək üçün nəzərdə tutulsa da, ABŞ Hərbi Dəniz Qüvvələri bu texnologiyanı 1960-cı illərə qədər qəbul etməyib, lakin bu gün bu texnologiyanın iş prinsipləri Wi-Fi, CDMA və Bluetooth texnologiyalarına daxil edilib.
Bundan əlavə, bu işinə görə Lamarr 2014-cü ildə ABŞ-ın Virciniya ştatı, İsgəndəriyyə şəhərində Məşhur Milli İxtiraçılar Birliyinə üzv edilməklə fəxri ad qazanıb.
Rabitə texnologiyasının taleyini dəyişdirən ixtirasından bir qəpik də qazanmayan Hedi Lamarr 2000-ci ildə Floridadakı kasıbyana evində vəfat etmişdir.
Aynil