Zaxarovadan aşağılayıcı çıxış: "Qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər"

Zaxarovadan aşağılayıcı çıxış:

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın NATO-ya təcili daxil olmaq ərizəsinə münasibət bildirib.


Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Teleqram kanallarının birində çıxışı zamanı Zaxarova:


“Qadın və uşaqları öldürən qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər. Biz irəlidəyik. Çətin olacaq? Bəli. Çünki yıxılmaq həmişə hündürlük qazanmaqdan daha asandır. Siz də təsdiqləyə bilərsiniz: tarix boyu kənar əllər bizə müdaxilə edir”- fikirlərini səsləndirib.


"Bərabər, sülh və Allahla birlikdə irəliləyin" - Zaxarova deyib.

 

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün ölkənin NATO-ya təcili qəbulu ilə bağlı bəyanat imzalayıb.



Rusiyalı senator Sergey Tsekov mətbuata verdiyi açıqlamada NATO-nun Ukrayna liderinin bu müraciətini qəbul edəcəyi təqdirdə ciddi münaqişə yaranacağını bildirib.



Qeyd edək ki, daha əvvəl Moskvada Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalanıb.


Fevralın 24-də Rusiya DXR və LPR-ni “qoruma” əməliyyatlarına başlayıb.


Bundan əlavə, Xerson bölgəsini demək olar ki, tamamilə Rusiyanın nəzarəti altına keçmişdi.


Zaporojye vilayətinin Azov hissəsini də Rusiya nəzarətə götürmüşdü.


Aynil


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...