Ancelina Coli İranda qadınları dəstəklədi: "Bu gün küçələrə çıxanlar..."

Dünya ulduzu Ancelina Coli qasırğanın törətdiyi dağıntılarından sonra daşqın qurbanlarına dəstək olmaq üçün keçən həftə Pakistana səfər edib.
Sfera.az xəbər verir ki, səfərdən qayıtdıqdan sonra sosial şəbəkədə bir sıra şəkillər paylaşan Coli "Mən buranı daha əvvəl belə görməmişdim. Bu, dünyaya əsl həyəcan siqnalıdır" sözlərini yazıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) səfiri olan Hollivud ulduzu sosial şəbəkədə öz təəssüratlarınıa paylaşıb.
"Ölkə ərazisinin üçdə birini su basmış, şiddətli daşqınların törətdiyi dağıntıların qurbanlarını ziyarət etmək üçün keçən həftə yerli təşkilatlarla birlikdə Pakistanda oldum. Əvvəllər də dəfələrlə Pakistanda olmuşam, lakin əvvəllər belə hal görməmişdim"- deyə amerikalı aktrisa bildirib.
"Beynəlxalq ictimaiyyəti daha çox işlərə cəlb etmək üçün yanınızdayam. Mənə elə gəlir ki, bunu tez-tez demişik. Biz yardım haqqında müzakirələr aparırıq və dəstək çağırışları edirik. Milyonlarla ailənin ölümünə səbəb olan fəlakəti və çəkdikləri əziyyəti hər kəs hiss etmək məcburiyyətindədir”
"BU DÜNYAYA OYANMAQ ÇAĞIRIŞIDIR”
Coli paytaxt İslamabadda mülki və hərbi rəsmilərlə görüş zamanı İranda baş verən hadisələrə də münasibət bildirib.
Aktrisa İranda qadınları və etirazçıları dəstəklədiyini bildirib. O, hicabını düzgün geyinmədiyi üçün İranda "əxlaq polisi" tərəfindən öldürülən Məhsa Əmini üçün keçirilən etiraz aksiyalarından fotoları sosial mediada paylaşıb.
İRANLI QADINLARA DƏSTƏK OLDU
Coli: "On illərlə sağ qalan və müqavimət göstərənlərin hamısı, bu gün küçələrə çıxanlar, Məhsa Əmini və onun kimi bütün iranlı gənclər.
İranın cəsur, qorxmaz qadınlarına hörmətlə…”
"Qadınların əxlaqlarının yoxlanılmasına, düşüncələrinin yenidən yönləndirilməsinə və ya bədənlərinə nəzarət edilməsinə ehtiyac yoxdur. Onların zorakılıq və təhdid olmadan yaşamaq və nəfəs almaq azadlığına ehtiyacı var."
Xatırladaq ki, altı uşaq anası Hollivud ulduzunun keçmiş əri Bred Pittlə qəyyumluq haqında məhkəmə prosesi davam edir.
Bu yaxınlarda isə Bred Pitin məşhur model Emili Ratajkovski ilə münasibətdə olduğu iddia edilmişdi.
Aynil