ABŞ Ukraynaya öz ərazilərini qaytarmağa kömək edəcək - Bayden

ABŞ Ukraynaya öz ərazilərini qaytarmağa kömək edəcək - Bayden

Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın zəbt etdiyi ərazilərə nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcək.



ABŞ prezidenti Co Bayden Rusiyanın sentyabrın 30-da Ukraynanın bir hissəsini ilhaq etmək cəhdlərinə münasibət bildirərkən bu fikirləri səsləndirib.



Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin yaydığı bəyanatda Bayden ABŞ-ın Rusiyanın saxtakarlıq cəhdini pislədiyi bildirilib. Prezident Co Bayden suveren dövlətin ərazisini özünə ilhaq etməyin yolverilməz olduğunu vurğulayıb.



"Rusiya beynəlxalq hüququn şərtlərini, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobudcasına pozur və hər yerdə sülhsevər xalqlara hörmətsizlik nümayiş etdirir. Bu hərəkətlərin legitimliyi yoxdur, səhvə yol vermək olmaz. Birləşmiş Ştatlar Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmətlə yanaşacaq. Biz Ukraynanın səylərini dəstəkləməyə davam edəcəyik”.



“ABŞ bu həftə 1,1 milyard dollar dəyərində humanitar yardım da daxil olmaqla, öz mövqeyini hərbi və diplomatik formada bildirib”- deyə Co Bayden bildirib.


Prezident həmçinin, ilhaq cəhdlərinə cavab olaraq ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə yeni sanksiyalar elan ediləcəyini də vurğulayıb.



"Bu sanksiyalar Rusiya daxili və xaricində Ukraynaya təcavüzə istər siyasi, istərsə də iqtisadi dəstək verən fiziki və hüquqi şəxslər üçün maaliyə itkisinə səbəb olacaq. Biz beynəlxalq ictimaiyyəti bu addımları pisləmək və Rusiyanı məsuliyyətə cəlb etməyə səsləyirik”.


Rusiyanın Ukraynanın ərazi statusunu dəyişdirmək üçün etdiyi yeni cəhdlərinə baxmayaraq, biz Ukraynanı özünü müdafiə etmək üçün lazım olan texnika ilə təmin etməyə davam edəcəyik və mən Konqresin Ukraynaya dəstək üçün əlavə 12 milyard dollar ayıracaq qanunun imzalanmasını səbirsizliklə gözləyirəm”- deyə Bayden bildirib.

O, beynəlxalq ictimaiyyəti Rusiyanın qeyri-qanuni ilhaq cəhdlərini pisləməyə və Ukrayna xalqını dəstəkləməyə çağırıb.



Xatırladaq ki, sentyabrın 30-da prezident Vladimir Zelenski Ukraynanın Şimali Atlantika Alyansına təcili qəbulu ilə bağlı ərizə yazdığını açıqlamışdı.



Aynil


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...