Peskovdan Ukraynaya xəbərdarlıq: “İlhaq baş tutacaq”

Kremlin sözçüsü Dmirtri Peskov Ukraynaya xəbərdarlıq edib.
Sfera.az bildirir ki, o, yeni bölgələrin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı imzalanma mərasiminin keçiriləcəyini açıqlayıb. Peskov Putinin mövzu ilə bağlı çıxış edəcəyini də təsdiqləyib.
“Ukraynanın referendumla qəbul edilən bölgələrin istənilən hissəsinə hücumları Rusiyaya qarşı təcavüz kimi qiymətləndirəcək”, deyə o vurğulayıb.
Kremlin sözçüsü fikirlərini bu cür davam etdirib: “Rusiya Ukraynanın nəzarətimiz altında olmayan hissələrini birləşdirməyi də qanuni hesab edəcək. Ukrayna danışıqlar istəmir. Amma ilhaq baş tutacaq”.
Qeyd edək ki, sentyabrın 23-27-də rusiyayönlü separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, ələ keçirilən Xerson və Zaporojye vilayətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilib. Regionlardakı qondarma seçki komissiyalarının qeyri-müəyyən məlumatlarına görə, referendumlarda “Rusiyaya qoşulmaq” qərarı verilib.
Günay Rəsulqızı