Heydər Əliyev azərbaycançılığı dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevirdi - ŞƏRH

Heydər Əliyev azərbaycançılığı dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevirdi - ŞƏRH

Azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycan Respublikasının müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

 

Bu ideologiya XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və bir əsr ərzində davamlı təkamül yolu keçib. Amma Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətidir.

 

Maraqlıdır, Azərbaycançılıq ideologiyası xalqımıza nə qazandırdı?

Azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir – “İkinci  Qarabağ müharibəsi də sübut etdi ki...”

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, mərhum prezident Heydər Əliyevin banisi olduğu, sistemləşdirdiyi müasir Azərbaycançılıq ideologiyası yalnız Azərbaycan Respublikası ərazisində yaşayan insanları yox, bütövlükdə, dünyada yaşayan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib:

 

“Azərbaycançılıq ideologiyası o qədər geniş anlayışdır ki, onun məzmun və formasını bütün sahələrdə görürük. Ulu öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün siyasət amilindən bacarıqla istifadə edirdi.

 

Cəmiyyətin bütövləşməsi, Azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin hüquqi və siyasi nəzəri əsaslarını irəli sürmüş böyük strateq, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

 

Bu baxımdan, xalqımızın milli mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən Azərbaycançılıq ideyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir“.

 

Turan Rzayev

Medianın İnkişafı Agentliyi yeni ofisə köçüb - AZƏRTAC

 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 

Mövzu: Azərbaycançılıq ideyasının təbliği


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...