Ermənistan qəfil hücuma hazırlaşır? – Blef, yoxsa…

Ermənistan qəfil hücuma hazırlaşır? – Blef, yoxsa…

Dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşüb.

 

Generalın görüş zamanı verdiyi açıqlamalar diqqət çəkir. Onun sözlərinə görə, Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var. General qeyd edib ki, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir.



Arakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Qeyd edək ki, hakim "Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan da açılqlamasında bildirib ki, Ermənistan bütün mümkün ölkələrdə ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. 
 

Erməni generalın söylədiklərini Sfera.az-a şərh edən politoloq Əlimusa İbrahimovun fikrincə, A.Martikyanın bəyanatları ermənilərin revanşist fikirlərinin hələ də yaşadığını göstərir:

 

“Ermənistanda olan istənilən general, hətta Müdafiə naziri belə sərhədlərin bərpa edilməsi, Azərbaycanla müharibənin başlaması haqqında bəyanatlar verə bilər. Lakin bu sözlərin arxasında hansısa əməl dayanmırsa, deməli, sadəcə blef edirlər. Generalın bəyanatı da elə-belə sözdür və 44 günlük müharibə zamanı Ermənistan tərəfinin verdiyi bəyanatlardan heç nə ilə fərqlənmir. Ermənistanın Azərbaycanla müharibəyə hazırlaşması nə bir sözdən ibarətdir, nə də 1-2 saatlıq işdir. Ermənilər həqiqətən də müharibəyə hazırlaşsa, sərhədlərə qoşun yeritmək istəsə, bunun üçün uzun müddət lazımdır. Məlumdur ki, Ermənistan qoşunları da indiki şəraitdə Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Düşünmürəm ki, generalın verdiyi bəyanatın arxasında hansısa əməl dayanır. Ancaq Ermənistan müharibəyə hazırlaşıb məqsədlərinə çatmaq istəyirsə, bu, onlar üçün heç də yaxşı olmayacaq. Çünki hər zaman Azərbaycan Ermənistandan hər baxımdan çox güclü olub. Generalın dedikləri daxili auditoriyanı sakitləşdirmək üçün verilən bəyanatdır. Azərbacyan isə istənilən halda əlini-qolunu bağlayıb oturmur. Düşmən tərəfdən hansısa hərəkət olarsa, ordumuz nə etməyin lazım olduğunu çox gözəl bilir”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...