Nobel mükafatlı din xadimi azyaşlılara təcavüzdə günahlandırılır – 1990-cı illərdə...

Nobel mükafatlı din xadimi azyaşlılara təcavüzdə günahlandırılır – 1990-cı illərdə...

Nobel sülh mükafatlı katolik din xadimi, yepiskop Karlos Filipe Ximenes azyaşlı uşaqlara cinsi zorakılıq etməkdə günahlandırılıb.

 

Sfera.az bildirir ki, bu barədə Hollandiyada fəaliyyət göstərən həftəlik “De Groene Amsterdammer” jurnalı məlumat yayıb.

 

Qeyd olunub ki, hazırda 74 yaşında olan katolik din xadimi 1990-cı illərdə Şərqi Timor Baş yeparxiyası olduğu zaman kiçik uşaqlara cinsi təcavüz edib. 

 

Xəbərdə Ximenesə qarşı cinsi istismar ittihamlarının ilk dəfə 2002-ci ildə edildiyi və həmin ildə Papa II. Con Paulun 1983-cü il “Canon Qanununun” 2-ci bəndinə əsasən, onun istefasını qəbul etdiyi vurğulanıb. Sözügedən 2-ci bənddə isə bunlar əks olunub:  “Sağlamlığına və ya digər ciddi səbəblərə görə, öz vəzifələrini yerinə yetirə bilməyən yeparxiya yepiskopunun təntənəli şəkildə vəzifəsindən istefa verməsi xahiş olunur”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR