“Şimal axını 1” və “Şimal axını 2” boru kəmərləri kim partladıb? – Qarşılıqlı ittihamlar

“Şimal axını 1” və “Şimal axını 2” boru kəmərləri kim partladıb? – Qarşılıqlı ittihamlar

“Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən sızmalarla bağlı Qərb və Rusiya arasında qarşılıqlı ittihamlar davam edir. 

 

Sfera.az bildirir ki, bu fonda Avropa mübahisəli iddia irəli sürüb. Belə ki,  Avropa təhlükəsizlik rəsmiləri Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqlarının “Şimal axını” boru kəməri yaxınlığında aşkarlandığını bildirib. “CNN”nin məlumatına görə, rəsmilər bu gəmilərdən hər hansı birinin təxribatda iştirak edib-etməməsinin hələlik bəlli olmadığını deyib: “Lakin onların yeri şübhə doğurduğu üçün araşdırma aparılır”.

 

Bəzi analitiklər isə sözügedən hücumların Rusiyanın Qərbi qorxutmaq üçün yeni cəhdi olduğunu iddia etsə də, digərləri bunun yeni iqtisadi müharibənin qapısını açacağını düşünür. Mütəxəssislər  xəbərdarlıq edirlər ki, kritik boru kəmərləri kəsilərsə, bu, yenidən enerji böhranı, tənəzzül və ya maliyyə çöküşü ilə nəticələnə bilər.

 

Digər tərəfdən eyni dövrdə iki ayrı boru xəttində oxşar sızmaların olması “təxribat” müzakirələrinə səbəb olub.  Avropa və ABŞ təxribatla bağlı Rusiyaya işarə etsə də, Moskva administrasiyası boru kəmərinə edilən hücumların arxasında ABŞ-ın ola biləcəyini irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən bildirib ki, sızıntılar ABŞ kəşfiyyat orqanlarının tam nəzarətində olan Danimarka və İsveçin eksklüziv iqtisadi zonasında baş verib. Zaxarovanın bu sözləri Rusiyanın birbaşa ABŞ-ı hədəf alan ilk bəyanatı kimi qeydə alınıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...