Separatçı liderlər Kremlə toplaşdı – Putin onlarla görüşəndən sonra...

Separatçı liderlər Kremlə toplaşdı – Putin onlarla görüşəndən sonra...

Ukraynanın cənub-şərqindəki dörd bölgənin Rusiya tərəfindən təyin edilmiş liderləri ilhaq planlarını yekunlaşdırmaq üçün Moskvaya səfər ediblər.

 

Sfera.az bildirir ki, “Euronews”un məlumatına görə, Luqansk vilayətinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Leonid Passetchnik “TASS” xəbər agentliyinə açıqlamasında "Mən Moskvadayam", deyə söyləyib.

 

Qeyd olunub ki, separatçı liderlər bu gün ilhaqla bağlı "rəsmi" müraciətlərini ratifikasiya etmək üçün Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcək. Bundan sonra Moskvadakı Rusiya əyalət parlamentinin yaxın bir neçə gün ərzində məsələ ilə bağlı səsvermə keçirəcəyi gözlənilir.

 

Həmçinin bildirilib ki,  Kreml hadisəni qeyd etmək məqsədilə, paytaxtın məşhur Qırmızı Meydan ətrafındakı bəzi küçələri bağlayacaq. Məlumata görə, artıq “Donetsk, Luqansk, Zaporojjya, Xerson – Rusiya!” şüarları əks olunmuş reklam lövhələri ilə nəhəng video ekranlar quraşdırılıb. Ukrayna prezidenti Volodimir Zelenski isə Moskvanın dörd bölgəni ilhaq edəcəyi təqdirdə Rusiyaya “çox sərt” cavab veriləcəyi ilə bağlı yeni xəbərdarlıq edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...