Ukrayna ordusunun Putinə gözlənilməz “hədiyyə”si – Limanda “toy” 

Ukrayna ordusunun Putinə gözlənilməz “hədiyyə”si – Limanda “toy” 

Ukrayna ordusu ötən axşam Liman şəhərinin mühasirəsini tamamlayıb.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki,  Liman Donetsk vilayətinin şimalında yerləşən mühüm dəmir yolu qovşağıdır və Xarkovdakı fiaskodan sonra Rusiya komandanlığı bu istiqamətdə müdafiə xətti qurub, oranı saxlamağa çalışırdı:

 

“Rus "Telegram" kanalları şəhərdə Rusiyanın 20-ci ordusunun bölmələrinin, BARS xüsusi təyinatlı dəstəsinin və LNR qüvvələrinin təcrid vəziyyətində qaldığını xəbər verirlər. Rusiya qüvvələri yaxınlıqdakı Yampol qəsəbəsini isə tərk edib. Liman qələbəsi Putinin bugünkü bayramına Ukrayna tərəfindən yaxşı "hədiyyə"dir. Bu məntəqənin azad olunmasından sonra Svatovo-Rubejnoye xətti üzrə Luqansk vilayətinə hücum başlayacaq. Luqansk Rusiyanın ilhaq etməyə hazırlaşdığı bölgələr içərisində demək olar ki, 100 faizə yaxın ərazisi işğal olunmuş yeganə vilayətdir. Məsələn, Donetsk vilayətinin təxminən 50%-i, Zaporojyenin təxminən 40%-i, Xersonun təxminən 15%-i Ukraynanın nəzarətindədir”.

 

Ekspert xatırladıb ki, ABŞ Senatı da Ukraynaya 12,4 milyard dollar yardım ayrılmasını təsdiqləyib:

 

“Bu miqdarın 7,8 milyardı hərbi məqsədlər üçün xərclənəcək. Bundan əlavə, ABŞ Cənubi Koreyadan 3 milyard dollarlıq silah-sursat alıb Ukraynaya göndərəcək. Bu qərarlar "Lend-Liz"in işə düşməsi deməkdir. Daha bir mühüm qərar ondan ibarətdir ki, Pentaqon Ukrayna üzrə ayrıca komandanlıq yaradacaq. Ukraynaya hərbi yardımları, Ukrayna əsgərlərinə təlim verilməsini və digər məsələləri general rütbəli hərbçinin rəhbərliyi ilə bu komandanlıq koordinasiya edəcək. Başqa sözlə desək, Ukrayna müharibəsinin lazımi nəticə ilə sona çatdırılmasına bu komandanlıq məsul olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...