Müğənni Rəhimin anasında ürəkdağlayan sözlər: "Məni yanına apar..."

Cəmiyyət
11:02 / 30.09.2022
13698
Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.
Sfera.az xəbər verir ki, R.Rəhimli anası Firəngiz xanımdan ayrı yaşayırmış və ötən gün yanına gələrək orada dünyasını dəyişib.
"Məni yaman günə qoydun, kaş mən ölərdim, Məni yanına apar, getməməliydin" deyə, anası bildirib.
İfaçının sənət dostları Axşam.az-a bildiriblər ki, Rəhimin anasının da uzun müddətdir səhhətində problemlər var. Bu səbəbdən müğənni anasını Türkiyədə müalicə etdiribmiş.
Qeyd edək ki, R.Rəhimli ürəktutmadan dünyasını dəyişib. O, bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.