Avstraliyalı senatordan Meqan Marklı haqqında: "Dəhşətli insandır"

Avstraliyalı senatordan Meqan Marklı haqqında:

Kral ailəsini tərk edən Meqan Markl və Şahzadə Harri kraliçanın dəfn mərasimində də həm ailədən seçkin qalmışdılar, həm də kral sarayına yaxın bəzi dairələrin sərt reaksiyası ilə üzləşmişdilər. Bundan başqa Avstraliyalı bir senator da Megan Markla qəzəbini ifadə edərək, ikilinin bəzi tədbirlərə dəvət edilməməsinin təəccüblü olmadığını deyib.

Xatırladaq ki, buna qədər də dəfələrlə istər kral sarayı, istərsə də Meganın işçisi olan şəxslər dəfələrlə narazılığını dilə gətirib, onunla birlikdə işləməyin qeyri-mümkün və çətin “yola gedilən” biri olduğunu vurğulayıblar.


Sentyabrın 8-də Kraliça II Elizabetin ölümü ilə aradakı buzlar ərisə də, Meqan Markl və Şahzadə Harriyə hələ də qəzəbli olanlar qalmışdı.


Televiziya şoularının birində çıxış edən avstraliyalı senator Hollie Hughes qalmaqallı cütlüyü hədəf alan adlardan biridir. Hughes xüsusilə Markla hiddətlənivşb.


Senator Megan Markle və Şahzadə Harriyə “müharibə” elan edərək, onlardan bezdiyini və onları dəhşətli və iyrənc insanlar adlandırıb.

Hughes cütlüyün Bukingem sarayında dünya liderlərinin iştirak etdiyi qəbula dəvət edilmədiklərinə görə niyə təəccübləndiyini anlaya bilmədiyini deyib. Senator qeyd edib ki, onlar krallıq vəzifələrindən istefa verərkən, bütün titullardan imtina edərkən belə tədbirlərdə iştirak edə bilməyəcəklərini də nəzərə almalı idilər.

Hughes, həmçinin Megan Marklı Harrynin kral ailəsindən uzaqlaşmasına görə günahlandırıb və Şahzadə Harrinin bir gün peşman olacağına inandığını söyləyib:

“Düşünürəm ki, Megan dəhşətli bir səhv edib və məncə, bu onun özünə də çox pis təsir edib. Çox dəhşətli insandır. Deyəsən, indi də paylaşımlarında Kraliça haqqında dedikləri xoş olmayan şeyləri silməyə çalışırlar. Ümid edirəm ki, bundan başqa tədbirlərə də dəvət edilməyəcəklər”.

“Onlar şəxsi həyat istəyirdilər, daha kral ailəsinin bir hissəsi olmaq istəmirdilər. Birləşmiş Ştatlara köçdülər və kraliçanı, həm də bütün monarxı və ailəni sillələmək üçün əldə etdikləri hər fürsətdən istifadə etdilər. Bu həyatı istəmirdilər, amma uşaqlarının titul ala bilməyəcəyinə üzülürlər, bu mənə bir qədər qəribə görünür”-deyə o bildirib.


Xatırladaq ki, Kraliçanın dəfnindən sonra Megan Marklın yenidən kral ailəsi ilə birləşməyə çalışdığı deyilirdi.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...