Niyə daha çox şəkərli qidalar yeyirik? - Çağın problemi 

Niyə daha çox şəkərli qidalar yeyirik? - Çağın problemi 

Şəkər qəbulu günü-gündən artır və asılılığa çevrilir. Bu vəziyyət isə bir çox insanın sağlamlığına mənfi təsir göstərir.

 

Bəs şəkər asılılığı niyə artıb, həddindən artıq şəkər qəbulunun zərərləri nədir?

 

Sfera.az xəbər verir ki, Fatma Dəmir Turqutun sözlərinə görə, şəkər toxluq hissini yatırır və normaldan çox yeməyə səbəb olur.

 

"Bu gün təəssüf ki, evdə yemək bişirmək ənənəsi, xüsusən də böyük şəhərlərdə pozulub. Kənardan daha çox yeməyə üstünlük vermək və hərəkətsizlik şəkər asılılığına səbəb ola bilər".

 

Uşaqlarda şəkərdən asılılıq

 

Xüsusilə uşaqların şəkər asılılığı ilə üzləşdiyini ifadə edən Prof. Dr. İlhan Satman isə “Uşaqlar doğulanda şəkərdən asılı olaraq doğulmurlar. Onlar ana südündən müəyyən miqdarda şəkər alırlar. Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, "Uşaqlara 2 yaşına qədər şəkərli yemək verməyin, çünki onu versəniz uşaq o dadı alacaq. Oradan həzz almağa başlayır və siz onu bir daha şəkərdən imtina etdirə bilməzsiniz" - deyə bildirib. 

 

Şəkər piylənmə, diabet və təzyiq kimi xəstəliklərə səbəb olur

 

Piylənmə problemi erkən yaşlarda şəkər asılılığı səbəbindən artır. Həmçinin diabet, təzyiq, qaraciyər yağlanması kimi xəstəliklərə də səbəb olur.

 

İ.Satman qeyd edib ki, şəkərin azaldılması və fiziki aktivliyin artırılması ilə başda piylənmə olmaqla bir çox xəstəliyin qarşısını almaq olar.

 

"Şəkər qəbulu asılılığa çevrildiyi hallarda da psixoloji dəstək tövsiyə olunur".

 

Gülər


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...