Milyonlarla xəstə üçün ümid işığı olacaq xəbər - İlk dərman olacaq

Milyonlarla xəstə üçün ümid işığı olacaq xəbər - İlk dərman olacaq

Müasir dövrün qorxulu xəstəliklərindən biri olan Alzheimer xəstəliyinin müalicəsində perspektivli dəyişiklik görünür.

Yapon dərman istehsalçısı Eisai, ABŞ-ın biotexnologiya şirkəti Biogen ilə birlikdə hazırladıqları alzheimer dərmanının simptomların inkişafını ləngidə biləcəyini açıqlayıb.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, Yaponiyada ilkin simptomları olan təxminən 1800 xəstə üzərində aparılmış klinik sınaqlar zamanı “Lecanemab” adlı dərmanın beyində toplanan və sinir hüceyrələrini məhv edən, xəstəliyin əsas səbəbi sayılan amiloid beta adlı zülal növünü aradan qaldırdığı bildirilib.

Dərmanın yaddaşın pisləşməsi və qavrayışın pozulması kimi simptomların gedişatını 27% azaltdığı bildirilərkən, şirkət Lecanemab üçün 2023-cü ildə Yaponiya ABŞ və Avropada patent almağı hədəflədiyini açıqlayıb.


Əgər təsdiqlənsə, Lecanemab Yaponiyada xəstəliyin səbəbinə nüfuz edən və simptomların inkişafını ləngidən ilk Alzheimer dərmanı olacaq. Ölkədə mövcud olan dərmanlar indiyə qədər sadəcə simptomları aradan qaldırmağa kömək edib.

Xalq arasında demans olaraq da bilinən xəstəlik növlərindən biri olan Alzheimer xəstəliyi ilkin dövrdə sadəcə unutqanlıqla müşahidə olunur.

Sonrakı mərhələlərdə xəstələr unutqanlıqla yanaşı emosiya və düşüncələri idarə etməkdə çətinlik çəkirlər.

Xatırladaq ki, 60 yaşdan sonra tez-tez rast gəlinən xəstəlik, insanın son mərhələlərində gündəlik işlərini yerinə yetirə bilməməsinə qədər gətirib çıxarır.


Aynil


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...