Şairə Nazilə: “Qazinin qızının xınasına getmək istəyirəm, icazə vermirlər” - VİDEO

Şairə Nazilə: “Qazinin qızının xınasına getmək istəyirəm, icazə vermirlər” - VİDEO

Şair Nazilə Səfərli Bakıda yerləşən “Louvre Plaza” şadlıq sarayından şikayətçidir.

 

Sfera.az xəbər verir ki, bu barədə o, instaqramda videopaylaşım edib.

 

Səfərli təmənnasız şəkildə oktyabrın 4-ü qazinin qızının xınasını təşkil etmək istədiyini, lakin məclisin keçiriləcəyi məkanın rəhbərliyi hər hansı xına şirkətinin zala girişinə icazə vermədiyini bildirib:

 

“Qızın anası rəhmətə gedib, atası isə qazidir. Atasının özəl arzusudur ki, mən həmin məclisdə iştirak edim. Qazi bu gün mənə zəng edib deyir ki, “Nazilə xanım, mən qızımın xeyir işində sizi görmək istəyirəm, ancaq bunlar icazə vermir. Mən də kasıb adamam, sözüm keçmir”… Ay camaat, qazinin balasının toyuna getmək istəyirəm. Məkan qıraqdan heç bir xına şirkətinin girişinə icazə vermir. Onun arzusudur… Mən qazinin balasının, anasız qızının başına sığal çəkməyə gəlirəm, nə istəyirsiniz? Niyə belə edirsiniz? İnsanların arzusunu niyə gözüdə qoyursunuz? Gəlib o anasız qızın nazını çəksək nə olar?”.

 

Məsələ ilə bağlı Qafqazinfo sözügedən şadlıq sarayı ilə əlaqə saxlayıb. “Louvre Plaza”dan saytımıza bildirildi ki, şairin dedikləri həqiqəti əks etdirmir: “Bizdə xına havayıdır, restoran tərəfindən hədiyyə olunur. Nazilə Səfərli isə həmin ailədən 500 manat istəyib. Ona görə də qızın atası pulsuz olanı seçib”.

 

Qazi isə bu mövzu ilə bağlı danışmaq istəyib: “İcazə vermirlərsə, dava edən deyiləm ki. Allah hamının canını sağ eləsin”.

 

 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...