Heyli Biberdən gözlənilən etiraf gəldi: “Castini Selenadan oğurlamamışam..”

Heyli Biberdən gözlənilən etiraf gəldi: “Castini Selenadan oğurlamamışam..”

Məşhur model Heyli Biber ilk dəfə həyat yoldaşının keçmiş sevgilisi olmuş Selena Qomez haqqında danışıb.

 

Sfera.az bildirir ki, uzun illər Selena ilə eşq yaşayan müğənni Castin Biberin həmkarından ayrıldıqdan qısa müddət sonra modellə evlənməsi pərəstişkarlarını da təəccübləndirmiş və Heyli  “Castini Selenadan oğurlayan qadın” olaraq  yaddaşlarda qalmışdı.

 

Model ilk dəfə bu barədə səssizliyini pozub. O, Aleksandra Kuperin "Call her daddy" adlı podkastına qatılıb və Biberlə evliliyi haqqında diqqətçəkən açıqlamalar verib.

 

Heyli kimləsə münasibətdə olduğu müddətdə Castinlə eşq yaşamadığını vurğulayıb: 

 

“Mən onu Selenadan oğurlamamışam. Kiminsə münasibətini pozacaq xarakterdə biri deyiləm. Castin mənə evlilik təklifi edəndə artıq Selena ilə əlaqəni kəsmiş, “bütün dəftərləri bağlamışdı”. Düşünürəm ki, nişanlanmaq, evlənmək və həyata davam etmək Castin üçün baş verə biləcək ən yaxşı şey idi. Beynimin bir küncündə “Görəsən, həqiqətən münasibətini bitirib?” kimi düşündüyüm halda heç vaxt Castinlə evlənmək istəməzdim. Selena ilə münasibəti tamamilə bitdiyi üçün bir araya gələ bildik. Pərəstişkarları Castinin başqası ilə evlənməsini arzulayır və bu, problem deyil.  Onlar hər şeyi istəyə bilərlər, amma bu, reallıq deyil.  Biz öz həyatımıza davam edirik, onlar niyə edə bilmirlər?”.

 

Türkan,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...