Türk futbolçudan hər kəsi ovsunlayan hərəkət - FOTO

“Fortuna Sittard”da çıxış edən Burak Yılmaz ötən həftə oyun zamanı futbolçularla stadiona çıxan uşağa verdiyi reaksiya ilə hər kəsin rəğbətini qazanıb.
Sfera.az xəbər verir ki, Soyuq havada oynanan matçdan əvvəl Yılmazın uşağı isitmək üçün etdiyi hərəkətlər “Fortuna Sittard”ın sosial media hesabında paylaşılıb və video böyük marağa səbəb olub. Video minlərlə bəyənmə sayı, paylaşım qazanıb.
Xatırladaq ki, “Fortuna Sittard” Hollandiya Erediviziyasının 7-ci həftəsində "Excelsior"u 1:0 hesabı ilə məğlub edib.
Məhz həmin oyun öncəsi Burak Yılmaz ilə matça gedən oğlan arasında yaşananlar böyük diqqət çəkmişdi. Matça başlayan təcrübəli hücumçu qarşısında dayanan oğlanı isitməyə çalışıb. Rəngarəng anların görüntüləri “Fortuna Sittard”ın rəsmi hesabından paylaşılıb.
Oğlan əvvəlcə təəccüblənib, sonra gülümsəməyə başlayıb. Burak Yılmaz bu hərəkətlə hər kəsi məftun edib.
Qeyd edək ki, Oğuzhan Özyakupun da heyətində yer aldığı “Fortuna Sittard” Hollandiya Erediviziyasında 4 xalla 16-cı pillədə qərarlaşıb.
Aynil