Göydən yağan balıqlar Qeyri-adi təbiət hadisəsi necə baş verir?

Göydən yağan balıqlar -  Qeyri-adi təbiət hadisəsi necə baş verir?

Balıq və qurbağa yağışları haqqında eşitmisinizmi? Sizə nə qədər qəribə və qeyri-adi görünsə də tamamilə real faktdır.


Sfera.az-ın məlumatına görə, bu təbiət hadisəsi adətən çaylarda olan balıqları udaraq onları fırtınalı hesab edilən buluda daşıyan kiçik tornadolar tərəfindən yaranmasına səbəb olur. Fırtına baş verdiyi zaman, qasırğa bu buludun içinə girən bütün balıqları yağış şəklində boşaldır.

Qasırğalar zamanı fırtına burulğanlar əmələ gəlməsinə və heyvanların tələyə düşməsinə səbəb olur, daha sonra tornado effekti ilə səmaya qaldırılır. Sonra isə yağış formasında yerə səpələnirlər. Bəzən balıqların çoxu bu hadisədən sağ çıxa bilmirlər. Çırpılmalara baxmayaraq, isə əksər balıqlar yara almadan sağ qalmağı bacarır.


Qeyd edək ki, təkcə balıq yağışları deyil, həm də qurbağalar və ilan yağışları da mümkündür.


2007-ci ildə Alikantedə (İspaniya əyaləti) baş vermiş qurbağa, 1877-ci ildə Memfisdə ilan yağışı və 1953-cü ildə Massaçusetsdə qurbağa yağışı baş versə də, balıq yağışları daha yayğındır.


Belə ki, Hondurasda hər il balıq yağışı baş verir. Hətta bəzi insanlar artıq bunu Honduras xalqının bir ənənəsi kimi qəbul ediblər.

1998-ci ildən Hondurasda "Balıq yağışı festivalı"nın qeyd olunmasına başlanılıb.


Hər il səmada buludlar qaralmağa başlayır, ardınca çox güclü küləklər, ildırım və şimşək çaxır və balıq yağışı başlayır.

Yağışlar 2, maksimum 3 saat davam edir. Evdə qalan sakinlər yağış bitdikdən sonra küçəyə çıxır və yüzlərlə sağ qalan balıqları bişirmək üçün toplayır.


Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...