Bukingem Sarayından Netflixə XƏBƏRDARLIQ - FOTO

Bukingem Sarayından Netflixə XƏBƏRDARLIQ - FOTO

Kral ailəsindən bəhs edən “The Crown” serialının yeni mövsümü Bukingem sarayında narahatlıq yaradıb. Şahzadə Çarlz və Şahzadə Diananın münasibətlərinin təlatümlü dövrlərinə diqqət çəkən serialın yeni bölümləri efirə çıxmadan öncə Bukingem Sarayı hərəkətə keçib. Saray rəsmiləri kraliça Elizabetdən sonra taxta çıxan Kral Çarlzın serialın yeni mövsümündən sonrakı seriyalarına hiddətlənə biləcəyi ehtimalını nəzərdən keçirir.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, krallığa yaxın mənbələrdən alınan məlumata görə, Saray Netflix platformasından yayımın əvvəlinə “Bu bədii serialdır, sənədli film deyil” xəbərdarlığını qoymasını istəyib.


Kral Çarlzın adı açıqlanmayan yaxın dostunun da bu ifadələrdən istifadə etdiyi bildirilib:


"Netflix insanların reputasiyasını ləkələməkdən çəkinmir. İnsanların unudur ki, bu filmlər real insanlardan, real həyatlardan bəhs edir".

Britaniya hökuməti platformadan 2020-ci ildə “The Crown”a oxşar xəbərdarlıq etməyi xahiş etmişdi. Bununla belə, platforma rəhbərliyi “Bizim izləyicilərimizin uydurma ilə faktı ayırd edəcək qədər ağıllı olduğunu düşünürük” deyərək tələbi rədd ediblər.


Serialda Şahzadə Çarlzın Diana ilə evli ikən indiki həyat yoldaşı Kamilla ilə yaşadığı sevginin təfərrüatlarına girilməsi və boşanma prosesindəki problemli dövrün Diana üzərində qurulacağı gözlənilir.

Şahzadə Çarlz və Kamilla 2005-ci ildə evləniblər. 1997-ci ildə yol qəzası nəticəsində dünyasını dəyişən şahzadə Diana kraliçaya :“Nə edəcəyimi bilmirəm. Çarlz ümidsiz bir vəziyyət olduğunu söylədi”-deyərək bu cavabın onda travma yaratdığını bildirib.


Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...