Bu mikroblar sağlamlığınız üçün vacibdir

Bu mikroblar sağlamlığınız üçün vacibdir

Bağırsaqdakı mikroblar və bakteriyalar, həmçinin bağırsaq mikroflorası orqanizmimizdə mühüm rol oynayır. Bəzi qidalar bu mikroblar sayəsində immun sistemimizi gücləndirir. Bəs, sağlamlığımız üçün bu dərəcədə əhəmiyyətli mikroblar üçün hansı qidaları qəbul etməliyik?


Yediyimiz hər yeməkdən bağırsaqlarda yaşayan bakteriya və mikroblar da qidalanır.

Bununla belə araşdırmalar göstərir ki, düzgün qidalanma mikrobları formalaşdırır və balanslı qidalanma sağlamlığımız üçün bir “qapı”dır.


Bağırsaqdakı bu mikroblar qidaları bizə lazım olan vitaminlərə, fermentlərə və hormonlara çevirir. Alimlər bu mikroblar sayəsində düzgün qidalanaraq psixi sağlamlıq və immunitet sistemini gücləndirməyin mümkün olduğunu bildirir.


Məlum olduğu kimi bağırsaq bakteriyaları idrak və motivasiyanı təmin edən dopamin və xoşbəxtlik hormonu hesab edilən serotonin kimi hormonları ifraz etməklə əhval-ruhiyyəyə də təsir edir. Bundan əlavə son araşdırmalar sözügedən bakteriyaların yuxu rejiminə də təsir etdiyini sübut edir

LİFLİ QİDALAR FAYDALIDIR

Həyat tərzi, dərmanlar, stress və qəbul edilən qidalar bağırsaq mikroflorasının formalaşmasında genetikadan daha böyük rol oynayır. Əslində genlərin burada təəccüblü də olsa, çox az rolu var. Araşdırmalar göstərir ki, hətta əkizlər belə eyni bağırsaq mikroblarının yalnız üçdə birini paylaşırlar.


Mütəxəssislərin fikrincə qidalar nə qədər müxtəlifdirsə, bağırsaqdakı bakteriyalar da bir o qədər müxtəlifdir. Tədqiqatlar göstərir ki, kəskin pəhriz yüksək çəki artımı, piylənmə, diabet, romatoid artrit və digər xroniki xəstəliklərlə birbaşa əlaqəlidir.


“Gastroenterology” jurnalında dərc edilmiş mütəxəssislər tərəfindən aparılan araşdırmaya görə, bağırsaqdakı mikroblar üçün faydalı olan müxtəlif qidaların qəbulu da kilo verməyə kömək edir.


İngiltərə “King's College”in genetik epidemiologiya professoru Tim Spector liflə zəngin bitkilər və zəngin qidalar yemənin bağırsaq mikroflorası üçün xüsusilə faydalı olduğu qənaətindədir.


Spector tərəvəz və meyvələrin çeşidini artırmağı tövsiyə edir; hətta normadan artıq istehlak edilsə belə. Bunun üsullarından biri yemək bişirərkən daha çox göyərti və ədviyyatdan istifadə etməyə başlamaqdır. Spector yalnız bir növ kahı əvəzinə salatlar üçün çoxlu müxtəlif yaşıl otlardan istifadə etməyi tövsiyə edir. Alim səhər yeməyinə müxtəlif meyvələri tövsiyə edərkən, qızartmaq üçün tavaya bir neçə növ tərəvəz əlavə etmək lazım olduğunu deyir. Eyni zamanda, Spector lobya, qoz-fındıq və taxıl qəbulunun da mikroflora üçün çox faydalı olduğunu bildirir.


Bu növ lifli qida ilə bağırsaq mikrobları “bayram edir”. Mikroblar lifi qısa zəncirli yağ turşuları kimi faydalı birləşmələrə çevirərək qanda iltihabı azaldır, iştahınızı və qan şəkərinizi tənzimləməyə kömək edir.


ZƏRƏRLİ BAKTERİYALAR Emal olunmuş QİDALARI SEVİR


Həddindən artıq lifli qidalar qəbul etməl bağırsaq mikroflorası üçün faydalı olsa da, araşdırmalar yanlış qidaların qəbulunun bağırsaqda xəstəliyə səbəb olan mikrobların çoxalmasına səbəb ola biləcəyini də sübut etmişdir.


“Nature” jurnalında aparılan araşdırmalar “pis” mikrobların daha çox lifi az olan və şəkər, duz və süni inqrediyentlərlə zəngin olan doymuş qidaları qəbul edən insanlarda daha çox olduğunu ortaya qoyub. Bu qidalara qazlı içkilər, ağ çörək, ağ makaron, konservləşdirilmiş ətlər, peçenye, konfet və kartof çipsləri kimi qablaşdırılmış qəlyanaltılar daxildir.


Professor Tim Spector: "Hər gün yediyiniz bitki qidalarının çeşidini artırmağa başlayın və həftədə təxminən 30 müxtəlif bitki qidası yeməyə çalışın"- deyir.


Mütəxəssislər bağırsaq mikroflorasını qidalandırmağın başqa bir yolu qatıq, duzlu kələm və kefir kimi fermentləşdirilmiş qidaları yemək olduğunu qeyd edir.

 

Probiyotiklər kimi tanınan fermentləşdirilmiş qidalardakı mikroblar vitaminlər, hormonlar və digər qida maddələri istehsal edir. Mikroblar və bağırsaq sağlamlığı üzrə mütəxəssisləşmiş Kaliforniya Universiteti qida elmi və texnologiyası professoru Maria Marco


“Bunları istehlak etdikdə bağırsaq mikroflorasının müxtəlifliyini artıra və immunitetinizi gücləndirə bilərsiniz"-deyə bildirir.


Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...