İstedadlı insanın faciəvi taleyi - Luis Chevrolet

İstedadlı insanın faciəvi taleyi - Luis Chevrolet

“Chevrolet” konsernin əsasını qoyan, bir neçə ildən sonra öz hissələrini satıb başqa avtomobil şirkətləri ilə işləyən, dövrünün ən kreativ ideyaları və avanqard tərzinə malik istedadlı iş adamı Luis Chevrolet ömrünü yoxsulluq içərisində başa vurmuşdur.



Sfera.az bu dəfə “Chevrolet” yaradıcısı haqqında maraqlı məlumatları təqdim edir.


Luis Chevrolet 25 dekabr 1878-ci ildə İsveçrənin kiçik La Chaux-de-Fonds şəhərində anadan olub. Nə qədər qəribə səslənsə də təhrif edilmiş fransız dilindən tərcümədə Chevrole - "keçi südü" deməkdir. Lakin bu sizə təəccüblü gəlməsin. İsveçrədə süd məhsulları istehsalı ilə məşhur əyalətdə bu soyisimlər xarakterik idi.

 

Doqquz yaşında olanda ailəsi Fransanın Beaune şəhərinə köçür və burada saat mağazası açır. İş ailə başçısının gözlədiyi qədər uğurlu olmadı. Atanın qazancı ailənin ehtiyaclarını güclə qarşılayırdı. Buna görə 11 yaşlı Luis velosiped təmiri sexində işləməyə başladı. Kiçik Luisin texnologiyaya və sürətə olan həvəsi bu iş yerini seçməsinə səbəb olmuşdu. Velosipedlərin içərisində olub, onları sürməmək də qəribə olardı. Luis burada təkcə işləməklə kifayətlənmir, həm də velosiped yarışlarında iştirak edirdi. Luis 1895-ci ildə ilk dəfə yarışlardan birində qalib də olmuşdu. Adi iş günlərinin birində ondan yerli mehmanxanaya getməyi və hansısa texniki problemlə bağlı qonağa kömək etməyi xahiş edirlər. Bu gün Luis Chevrolet üçün ən vacib günlərdən biri oldu. O, özüyeriyən avtomobili; buxar üçtəkərlisini görür. Həmin avtomobilin sahibi - Amerikadan gələn qonağı Luis qarşılamalı idi. İş tez və səmərəli keçir və həmin qonaq multimilyonçunun Vanderbilt olduğu məlum olur. Amerikalı qonaq Chevroletin istedadından ABŞ-da istifadə etməyi təklif edir. O gündən etibarən Louisin "Amerika" arzusu yeni bir qitə və avtomobillər oldu. Arzuya yaxınlaşmaq Parisə köçmək idi və burada atelyelərdə işləməyə başladı. Chevrolet Parisdə bir il ərzində Atlantik okeanı boyunca bilet almaq üçün pul yığır və Kanadaya, oradan isə Nyu Yorka köçür. Amerikada işlədiyi ilk illərdə o, bir neçə iş yeri dəyişir. Bu iş yerlərinin əksəriyyəti De Dion-Bouton və Fiat kimi Avropa avtomobil istehsalçılarının nümayəndəlikləri idi. O illərin avtomobillərinin ən yaxşı reklamı yarış sayılırdı. Yarışlarda təcrübəsi olan Luis Chevrolet bir neçə dəfə işəgötürənlər üçün pilot olur. Onun yarış sürücüsü kimi karyerası kifayət qədər uğurlu olur. Üç mil yarışında bir neçə dəfə qalib gəlir və dünya sürət rekorduna imza atır. Onunla bərabər qardaşları- Artur və Qaston da müsabiqəyə qatılır. Nəhayət Luis ailəsi öz Chevrolet komandasını yaradır. Chevrolet qazandığı qələbələrə görə "The Dare-Devil Frenchman" ləqəbini qazanır. Lakin avtoidmanda uğur Luisə baha başa gəlir. Qəzalardan sonra günlərinin çoxunu xəstəxana çarpayılarında keçirən və 1920-ci ildə qardaşı Qastonun ölümündən çox sarsılan Chevrolet karyerasını başa vurur.

Onun yarış uğurları “General Motors”un qurucusu və “Buick”in sahibi Uilyam Duranın diqqətini çəkmişdi. Luis Chevroletin böyük səs-küyə səbəb olmuş adı və dizayn ideyaları onu cəlb etmişdi. Yarışçı ilə danışıqlar 3 noyabr 1911-ci ildə Detroitdə “Chevrolet Motor Car Company” qurulmasına gətirib çıxardı. Şirkətin yaranmasından bir il sonra “Classic Six” avtomobili fabrikin ilk buraxılışı olur. Onun ardınca dörd silindrli “Baby Grand” və iki yerlik “Royal Mail” və “L Light Six” istehsal edilir. Onların yaradılmasında Luis Chevrolet özü dizaynerlik edib.

Həmin illərdə avtomobil bazarında şiddətli rəqabət yaranmışdı. Xüsusən də “Ford”un uğurlu siyasəti iş adamı Durantın Chevrolet avtomobilləri üçün daha əlverişli alıcı qazanmaq qərarına gəlməsinə səbəb olur.

Üstəlik, istehsalın yenidən təchiz edilməsi qərarı Chevrolet tətildə olduğu anda alınır. Avtomobil həvəskarı olan Luis avtomobillərin ilk növbədə sürət və eksklüzivliyə aid olduğuna inanırdı. Lakin biznesə yanaşması şəriki ilə fərqli idi və o öz fikirlərində tərəfdaşına belə güzəştə gedə bilmədi. Belə bir söylənti var ki, hətta söhbət zamanı belə ağzının küncündən çıxarmadan ucuz siqaret çəkmə vərdişi onların arasındakı münaqişənin son nöqtəsi olub. Duran, indi avtomobil sənayesində marka olan “Chevrolet” sahibinin ucuz mavi üzüklü siqaretlərdən daha eksklüziv siqarlara keçməsinin uyğun olduğunu bildirir. Chevrolet isə “Sənə maşınlarımı satdım, adımı satdım, amma şəxsiyyətimi satmayacağam” deyə cavab verib və siqaretini də götürüb həmişəlik şirkətdən ayrılır.

Chevrolet avtomobil yarışlarına qayıdır və öz avtomobillərini yaratmağa başlayır. 1914-cü ildə “Frontenac Motor Corporation”adlı şəxsi şirkətini qurur. Bu marka adı ilə şedevr hesab olunan və 1920-1921-ci illərdə “Indianapolis”in 500 yarışında qalib gələn yeganə seriyalı “Frontenac” avtomobili istehsal edildi.

Amma həmin illərdə yaxınlaşmağa başlayan iqtisadi böhran biznesin inkişafına imkan vermədi. 1926-cı ildə Luis və onun qardaşı Artur tərəfindən qurulan başqa bir “Chevrolair 33” layihəsi yüngül təyyarələr üçün mühərriklərin hazırlanmasını nəzərdə tutmuşdu. Lakin qardaşlar arasında yaranan mübahisədən sonra o şirkətin də fəaliyyəti dayandı.

Luisn Chevroletin son böyük dizayn nailiyyəti 1932-ci ildə 10 silindrli radial mühərriki hazırladığı vaxta təsadüf edir. O, patent üçün müraciət edir, lakin 1935-ci ildə qeydiyyata alınanda Chevroletin artıq yeni şirkət təşkil etməyə gücü yox idi. “Böyük Depressiya”nın boyunduruğu altında bağlanan Chevrolet artıq iflas etmişdi və bir zamanlar tərk edib getdiyi “Chevrolet” zavodunda karyerasının əvvəlində olduğu kimi sadə mexanik işləməyə başlamışdı.

Luis Chevrolet uzun sürən xəstəlikdən sonra 6 iyun 1941-ci ildə 63 yaşında Detroitdə yoxsulluq içində vəfat etmişdir.


Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...