Qrip epidemiyası dünyanı qorxuya salıb: “Qışda “virus fırtınası olacaq”

Qrip epidemiyası dünyanı qorxuya salıb: “Qışda “virus fırtınası olacaq”

Avstraliyada sürətlə yayılan qrip epidemiyası digər ölkələrdə təşvişə səbəb olub.

 

Sfera.az bildirir ki,  mütəxəssislər H3N2 ştamının bu il bir çox ölkədə sürətlə yayılacağı və bunun böhrana səbəb olacağını deyiblər. Artıq Böyük Britaniya son illərin ən böyük epidemiyasına hazırlaşmağa başlayıb. Qeyd olunub ki, mövsümi qrip koronavirusla birləşərək bu qış böyük fırtınaya çevriləcək. Mütəxəssislər, bu il qrip mövsümünün gözləniləndən daha erkən gələcəyini və çox daha sərt olacağını vurğulayıblar. Onlar “virus fırtınası” çərçivəsində 20 min insanın həyatını itirə, on minlərlə insanın xəstəxanalara yerləşdirilə biləcəyini düşünürlər.

 

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) vətəndaşlara bununla bağlı xəbərdarlıq edib və  onları "sərt qış"ın gözlədiyini bildirib. Agentlik rəsmiləri insanları peyvənd vurdurmağa çağırıb.  UKHSA-nın baş tibbi məsləhətçisi Susan Hopkins isə bu qış həm qripin, həm də koronavirusun ölümcül təhlükə yaradacağına dair güclü əlamətlərin olduğunu deyib: “Pandemiya zamanı insanlar normaldan daha az sosiallaşıb. Mövsümi qripə qarşı təbii immunitetin aşağı düşməsindən narahatıq. Bu o deməkdir ki, insanlar bu qışda qripin öhdəsindən çətin gələcək və səhiyyə sisteminin üzərinə ciddi yük düşəcək. Ona görədə sizə peyvənd təklif edildikdə irəliyə doğru addım atın”.

 

Qeyd edək ki, İngiltərədə 5 il əvvəl baş verən son ağır qrip epidemiyasında 20 min insan ölüb, 40 min nəfər xəstəxanalara yerləşdirilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...