Kirayə mənzil bazarında dələduzluq – Aldanmamaq üçün nə etməli?

Kirayə mənzil bazarında dələduzluq – Aldanmamaq üçün nə etməli?

Ötən gün Bakıda kirayəyə mənzil verəcəyi vədi ilə vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb. Ali təhsil ocaqları açılandan bəri bu istiqamətdə informasiyalar da çoxalıb - əksər tələbələr tanımadıqları şəxslərə onlayn ödənişlər edirlər, amma ödəniş etdiyi şəxsləri sonradan tapa bilməyib evdən də məhrum olurlar.

 

Vətəndaşlar, xüsusilə tələbələr kirayə mənzil götürən zaman nələrə diqqət etməlidir?

 

Bununla bağlı Sfera.az-a danışan vəkil Turan Abdullazadə deyib ki, Azərbaycanda mənzillər adətən rəsmiləşdirilmə aparılmadan kirayəyə verilir. Onun sözlərinə görə, həm kirayəyə verən, həm də kirayəyə götürən rəsmi qaydalarda maraqlı deyil:

 

“Yaşayış sahəsinin kirayə verilməsi müqaviləsinin təsdiq edilməsi üşün zəruri olan sənədlərin siyahısı kifayət qədər çoxdur. Bunlara - əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi; daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı; yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış daxildir. Dövlət rüsumunun məbləği isə 35 manat, xidmətə görə tutulan haqq - 5.25 manat təşkil edir. Bundan başqa “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası icbaridir. Bir çox mənzillərin icbari sığortası yoxdur”.

 

Müsahibimiz deyib ki, istər kirayə müqaviləsinin bağlanması prosedurunun çətinliyi, istər xidmətə görə tutulan haqq və ya ev sənədlərinin qaydasında olmaması vətəndaşları kirayə müqaviləsi rəsmiləşdirmədən addım atmağa sövq edir:

 

“Əgər şəxs kirayə müqaviləsinə görə kiməsə kirayə haqqı verirsə, yaxşı olar ki, bunu heç olmasa sadə yazılı formada rəsmiləşdirsin. Məsələn, aylıq 500 AZN kirayə haqqı ödəyən hər dəfə qarşı tərəfdən bu pulun verilməsinə dair imzalı kağız alsın. Şəxs qeyri-rəsmi kirayə münasibətlərinə girdiyi zaman heç olmasa qarşı tərəfin şəxsiyyətinə dair məlumatları ( xarici passport, şəxsiyyət və ya sürücülük vəsiqəsi) bilməlidir ki, kirayə verən onu aldatdığı zaman ödədiyi pulları geri tələb edə bilsin. Ümumiyyətlə dəfələrlə qeyd etmişəm ki, vətəndaşların sosial şəbəkə üzərindən tanımadığı adamlara pul göndərməsi olduqca risklidir. Çünki pulu alan adam saxta adla girdiyi hesabını “deaktiv” edərək yoxa çıxa bilər. Həmin adamın şəxsiyyətinə dair məlumatları bilmirsinizsə, onun aşkar olunaraq məsuliyyətə cəlb edilməsi çətinləşir. Bəzi hallarda isə bu, tamamilə mümkünsüz olur. Tövsiyə edirəm ki, vətəndaşlar istər kart, istər əlbəəl pul vəsaiti verərkən heç olmasa, sadə yazılı formada bunu rəsmiləşdirərək qarşı tərəfin şəxsiyyət vəsiqəsini tələb etsinlər. Beləcə onlar dələduzlarla qarşılaşmaq risqini azalda bilərlər. Bir çox dələduz ondan şəxsiyyət vəsiqəsini istəyən kimi onsuz özləri yoxa çıxırlar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...