MİDA-nın ilk və sonuncu mənzilinin satışı hansı müddətdə baş tutub? – Ekspert AÇIQLADI

MİDA-nın ilk və sonuncu mənzilinin satışı hansı müddətdə baş tutub? – Ekspert AÇIQLADI

“Mənzilə ilk baxışın keçirilməsi 30.8-ci saniyədə baş tutub”.

 

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsinin statistikasından danışarkən deyib.

 

O qeyd edib ki, mənzil seçiminin təsdiqlənməsi ilk olaraq təxminən 36-cı saniyədə baş tutub:

 

“Satışdakı sonuncu mənzilə baxışın keçirilməsi 1.28-də, yəni 1 dəqiqə 28-ci saniyədə baş tutub. Bu o deməkdir ki, artıq 1 dəqiqə 28 saniyədən sonra bütün mənzillər baxış prosesində olub. Yəni bu andan sonra kimsə baxış üçün mənzil seçimi edə bilməzdi. Sonuncu mənzili seçiminin təsdiqlənməsi isə 1 dəqiqə 37-ci saniyədə baş tutub. Yəni bu andan etibarən sistemdə seçim üçün heç bir mənzil olmayıb”.

 

Ekspert bildirib ki, MİDA-nın bu satışı əvvəlkilərdən xeyli fərqlənib:

 

“Sistemdə aparılan təhlükəsizlik tədbirləri botlara və robotlara seçim imkanı verməyib. Eyni zamanda qeyd etmək lazımdır ki, DEMO ilə bağlı yetərli məlumat olmadığından bəzi istifadəçilərin seçimi uğurlu olmayıb. Gələcəkdə MİDA  "Güzəştli mənzil sisteminin" daha da təkmilləşdirilməsi, DEMO ilə bağlı daha ətraflı məlumatların çatdırılması, satışa az qalmış daha əhatəli məlumatların verilməsi, xüsusilə də, yeni bir alternativ satış üsulunun təqdim olunması istiqamətində səylərini gücləndirməlidir”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...