ABŞ vitse-prezidenti Kamala Harrisi Koreya sərhədinə aparan SƏBƏB

ABŞ və Şimali Koreya arasında təhlükəli “yaxınlaşma” son günlər müzakirə edilən əsas mövzulardadır.
Sfera.az bildirir ki, bu fonda ABŞ vitse-prezidenti Kamala Harrisin Şimali və Cənubi Koreyanı ayıran sərhədə gözlənilən səfəri diqqət çəkib. Belə ki, Harris sabah sərhədin cənub tərəfindəki silahsızlaşdırılmış zonaya (DMZ) gələcək. Ağ Ev rəsmilərindən biri vitse-prezidentin DMZ-yə səfərini “ABŞ-ın Şimali Koreyadan gələn hər hansı təhlükə qarşısında Cənubi Koreyanın yanında olmaq öhdəliyi” kimi qiymətləndirib.
Qeyd olunub ki, Harris sabiq ABŞ prezidenti Donald Trampdan sonra Koreyalararası sərhədi keçən ABŞ administrasiyasının ən yüksək vəzifəli üzvü olacaq.
Məlumata görə, Kamala səfər zamanı 1950-53-cü illərdə atəşkəslə sona çatan, lakin sülh müqaviləsi olmadan Koreya müharibəsində öldürülən on minlərlə ABŞ və Koreya əsgərinin "birgə fədakarlığını" xatırlayacaq və DMZ-dəki ərazilərə baş çəkərək oradakı komandirlərlə görüşəcək. Vurğulanıb ki, Harrisin DMZ-ə səfəri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustdakı səfərindən sonra yüksək rütbəli ABŞ rəsmisi tərəfindən bölgəyə edilən ilk səfər olacaq : “Şimali Koreya isə onu "beynəlxalq sülhə ən çox zərər vuran şəxs" kimi qınayacaq”.
Xatırladaq ki, sonuncu dəfə 2019-cu ildə sabiq prezident Donald Tramp ölkə lideri Kim Çen Inlə görüşü zamanı sərhəd xəttini keçərək Şimali Koreyaya daxil olub.
Günay Rəsulqızı