ABŞ-dan TƏZYİQ: Türkiyə bankları Rusiyanın ödəniş sistemindən İMTİNA ETDİ

Türkiyədə özəl banklardan sonra üç dövlət bankının da Rusiyanın “Mir” ödəniş sistemindən çıxması rus turistləri və vətəndaşları çətin vəziyyətə salıb. Hazırda Türkiyədə olan Rusiya vətəndaşlarının kartlarla ödəniş imkanları xeyli məhdudlaşıb.
Sfera.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, hələlik, rəsmi məlumatlarda “Mir” ödəniş sistemindən imtina təsdiqini tapmayıb. Amma faktiki olaraq əsas banklar bu əməliyyat sistemi ilə ödəniş etmək istəmir.
Qeyd edək ki, “Mir” ödəniş sistemi Rusiya Mərkəzi Bankı tərəfindən yaradılıb. Bu ödəniş sisteminin yaradılmasında məqsəd sanksiyalardan sonra Rusiyaya ilə yaxşı münasibətləri olan ölkələrlə ödənişlərin, pul köçürmələrinin asanlaşdırılmasıdır.
ABŞ bu sistemə qoşulacaq ölkələri hədələyir. Rəsmi Vaşinqton açıq şəkildə bildirib ki, “Mir” sisteminə qoşulan banklara qarşı sanksiyalar tətbiq edəcək.
Böyük ehtimalla bu hədələrlə əlaqədar olaraq Türkiyənin iri bankları “Mir” ödəniş sistemindən imtina edib.
Vasif,
Sfera.az