Mehmet Dinçerler Hülya Avşarın qızı ilə birlikdə görüntüləndi - FOTO

Həftələrlə gündəm olan Mehmet Dinçerler Rodosda tətildə ikən Zehra Çilingiroğlu ilə birlikdə görüntülənib.
Sfera.az xəbər verir ki, müğənni Hadisə ilə boşanma ərəfəsində olan Mehmet Dinçerlər, Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu ilə arasında yaşanan sevgi dedi-qoduları jurnalın gündəminə bomba kimi düşüb.
Mehmet Dinçerler həyat yoldaşı Hadisənin konsert zamanı ağlaması ilə başlayan şaiyələrdən sonra gözlərdən itmişdi. Hadisə ilə ayrılıq yaşayan Mehmet Dinçerler bir müddətdir ortalıqda deyildi.
Görüntülərdən sonra Rodosda tətildə olan Mehmet Dinçerlərin Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu ilə eşq yaşadığı iddia edilib.
YouTube-da yayımlanan Bəyaz Şou Magazine proqramının xüsusi xəbərinə görə; Dinçerler Hülya Avşarın qızı Zehra Çilingiroğlu ilə əvvəlcə mehriban bir mühitdə, sonra isə təklikdə vaxt keçirib. Cütlüyün səmimiliyi diqqət çəkib.
Zehra Çilingiroğlu bir müddət əvvəl Alaattin Kadayifçıoğlu ilə eşq yaşayıb və cütlük daha sonra münasibətlərinə son qoyub. Ayrılıqdan sonra Alaattin Kadayifçıoğlu Sibel Canın Hakan Uraldan olan qızı Melisa Uralla yaşamağa başlamışdı.
Aynil