“Gözümüz qara idi, dəliqanlı, çılğın idik" - Emre Belözoğlu

“Başakşehir” Texniki Direktoru Emre Belözoğlu futbolçu karyerası ilə bağlı açıqlamalar verərkən "Fənərbaxça" və sonrakı dönəmlərdə yaşadıqlarından danışıb.
Sfera.az xəbər verir ki, “Qalatasaray” və “Atletico Madrid” illəri ilə bağlı sualları cavablandıran Belözoğlu “Başakşehir”də qurmağa çalışdığı struktur haqqında da məlumat verib.
Yerli mətbuata verdiyi müsahibə zamanı Emre Belözoğlu ““Fənərbağça”da olarkən son anda “Beşiktaş”la heç-heçə etdik. “Gençlerbirliği” ilə aşağı liqada oynadıq. Tamaşaçı yox idi. Ən yaxşı ssenarini reallaşdırdıq. 6 gündə 3 oyun keçirdik. Zaman çox dəyişib. Əvvəllər 15-20 ildən sonra nəsillər gəlirdi. İndi 3-4 ildən bir nəsil gəlir”-deyib.
Bir futbolçu kimi içki içənolmadığını, lakin yuxu ilə problem yaşadığını bildirən keçmiş oyunçu buna görə müalicə aldığını da bildirib.
“QALATASARAYDA ÇOX ŞEY ÖYRƏNDİM”
“Qalatasaray”da çox şey öyrəndiyini deyən futbolçu: “Gözümüz qara idi, dəliqanlı, çılğın idik. Ayağımızı hər topa soxurduq. Qısa boylu futbolçu olsaq da (Okan, Emre, Suat), istedadlı oyunçular idik. Sonralar Türkiyə futbolu çox dəyişdi. Daha çox texniki adamlar üzərində qurulmuş modelə üstünlük verildi. Biz o vaxt “Qalatasaray”la çox təzyiqlə oynayan komanda idik. Mən 20-30 il əvvəldən danışıram”- açıqlamaları ilə gündəm olub.
Aynil