Rusiyadan qaçışlar Azərbaycana nə kimi problem yarada bilər?

Azərbaycan dövləti Rusiyadan gəlmək istəyən ikili vətəndaşlığı (Faktiki hazırda həm Rus, həm Azərbaycan vətəndaşlığı olan Azərbaycanlılar olduğunu bilirik.) olan Azərbaycanlılara lazımi inzibati və texniki imkanları yaratmalıdır. Bu çərçivədə xüsusi ucuz reyslər təşkil etmək və ehtiyaca görə quru sərhədindən keçişlər üçün qapıları xüsusi formatda açmaq olar.
Sfera.az bildiri ki, bu fikrləri “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy qeyd edib.
Onun sözlərinə görə, Rusiyadan səfərbərlik səbəbiylə Azərbaycana gəlmək istəyənlərlə bağlı diqqətli bir yanaşma göstərmək lazımdır.
"Ancaq Azərbaycanlı olmayan Rusiya vətəndaşlarının ölkəyə gəlməsinə imkan vermək həm qısa, həm orta, həm də uzun vədədə çox ciddi, iqtisadi, sosial, siyasi və təhlükəsizlik problemləri yaradacaqdır. Nə kimi problem yarada bilər? sualı üçün ən yaxşı nümunə kimi Suriyalıların Türkiyəyə gəlməsinin yaratdığı problemləri göstərmək olar."
Siyasi ekspert bildirir ki, Gürcüstana 500 min adam getdiyi deyilir, bizə də o qədər gələcəyini düşünsək böyük risklər var.
✓ Əvvələ, çox tərəfli bahalaşma olacaq. Ölkədə onsuz da bahaçılıqdır, bir də bir neçə 100 min Rusiya vətəndaşı gəlsə bunun yaradacağı bahaçiliq əhalinin güzəranını çox pisləşdirəcək.
✓İkinci, bir müddət sonra yerli Azərbaycanlılar ilə gələn Rusiyalılar arasında sosyal ve məişət mahiyyətli gərginliklər baş verəcək. Bir də erməni kəşfiyyatının bu işlər üçün maraqlı olduğunu nəzərə alın.
✓Üçüncüsü, bu gələn adamların içerisində başda erməni kəşfiyyatı olmaqla hansısa xarici məxfi orqanlarla əməkdaşlıq edənlərin də ola biləcəyini və bunun ölkədə terör və diversiya hərəkətləri törətmə təhlükələrini də nəzərə almaq lazımdır. Bu cür adamlardan cəmi 100 nəfər olsa belə ölkədə böyük milli təhlükəsizlik problemi yaratmağa bəs edər.
✓Dördüncü, sabah burada bu Rusiya vətəndaşları ilə gərginliklər olanda bunu Rusiyadakı Azərbaycan əleydari dairələrin fəal istifadə edəcəyini və Kremlinin Azərbaycan siyasətinə neqativ təsirə səbəb olacağını da nəzərə almaq lazımdır. O zaman Kremlindən "Ölkənizdəki Rusiya vətəndaşlarına niyə yaxşı davranmırsız?" motivli təzyiqlər gələndə şaşırmayın. Hələ bizdən siyahi ilə əsgər qaçaqlarını tələb etsələr al sənə hər tərəfli problem. Verməsən Rusiya ilə bir gərginlik daha. Verəcəksən beynəlxalq qınaq eşidəcək və miqrantarla gərginlik yaşayacaqsan.
✓Beşincisi, Ukrayna müharibəsinin nə qədər davam edəcəyini bilmrik. Bu Rusiya vətəndaşlarının çox az bir hissəsi müxtəlif manialar səbəbiylə başqa ölkələrə gedə bilər. Onsuz da Qerbə ənənəvi axın səbəbiylə Avropada vəziyyət yaxşi deyil. Suriya və Ukraynadan da milyonlarla miqrant gedib Avropaya. Üstəlik coğrafiya uzaqlığı var. Dahası Avropada büyük iqtisadi bohran gəlməkdədir. Bu şərtlərdə gələn Rusiyallarin mütləq çoxluğu Avropaya gedə bilməyəcək. Üstelik də xeyli hissəsi Rusiyaya qayıda bilməyəcək cünki ya müharibəyə apara bilərlər ya da həbs olunmaları ehtimalı var. Dolayısyla geri qalanı qalacak uzun müddət Azərbaycanda. Bir müddət sonra işə müraciətdə sizdən rus dili istəyən şirkətlər onlara rəsmi iş icazəsi alacaqlar. Bəziləri qeyri-rəsmi işləyib işsizliyi daha da artıracaqlar.
✓Altıncısı, gələnlər arasında vəya burda qalarkən silah və qadın ticarəti ilə məşğul olan Rus mafyası ilə ələqəli olanlar da olacaq. Üstelik Azərbaycanın narkotika qaçaqçılığı edən beynəlxalq mafiyanin hədəfində olduğunu və Rus mafiyasınin həm də bu işdə fəallaşacağını da nəzərə alın. Bu da başda sərhəd təhlükəsizliyi olmaqla ciddi təhlükəsizlik problemləri deməkdir.
✓Yeddinci, bir müddət sonra bütün beynəlxalq təşkilatlar bu Rusiyalı miqrantlara şərait yaratmaq tələbiylə tökülüşəcəklər üstümüzə. Erməni diasporası da dünyanın hər yerində bu işi qaşıyacaq!!! Hələ bizə inteqrasiya üçün pul da təklif edəcəklər ki, bunlar Avropaya, ABŞ-a və s. getməsin!!!
Unutmayaq demoqrafiya ilə zarafat etmək olmaz. İnanmayan bir də Qafqaza yerləşən ermənilər nümunəsini xatırlasın!!!