Facebook Rusiyanı ifşa etdi

Facebook Rusiyanı ifşa etdi

“Facebook” özünü məşhur Qərb nəşrləri kimi təqdim edərək Rusiya propaqandası aparan kütləvi dezinformasiya şəbəkəsini ifşa edib.


Meta Korporasiyası, Ukrayna haqqında avropalılar arasında təxribat mesajları yayan və özünü məşhur Qərb nəşrlərinin internet saytları kimi təqdim edən ən böyük Facebook və Instagram dezinformasiya şəbəkəsini ifşa etdiyini bildirib.

Sfera.az “European Truth”a istinadən xəbər verir ki, şirkətin verdiyi açıqlamada şəbəkənin 1633 hesabı, 703 səhifəsi, 1 Facebook qrupu və 29 Instagram hesabının olduğu bildirilib. Şəbəkənin tanıtımına təxminən 105 min ABŞ dolları xərclənib. Bu da özlüyündə “Facebook”da 4 minə, “Instagram”da isə 1500-ə yaxın hesabı əhatə edib.

Onlar əsasən alman, ingilis, fransız, italyan, ispan, rus və ukrayna dillərində fəaliyyət göstəriblər.


Qeyd olunur ki, şəbəkə ilk növbədə Almaniyaya, eləcə də Fransa, İtaliya, Ukrayna və Böyük Britaniyaya qarşı yönəlib. Şəbəkə may ayında fəaliyyətə başlayıb və özünü “Spiegel”, “The Guardian”, “Bild” və “ANSA” kimi real Qərb mediası kimi təqdim edən 60-dan çox saytdan ibarət şəbəkə ətrafında qurulub.

Saytlarda Ukrayna və ukraynalı qaçqınları tənqid edən, Rusiyanı tərifləyən, Qərbin Rusiyaya qarşı sanksiyalarının əks nəticə verəcəyini iddia edən yazılar yer alıb. Bu məqalələr, YouTube memları və videoları ilə birlikdə daha sonra Facebook, Instagram, Telegram, Twitter, Change.org və Avaaz.com petisiya saytları və hətta LiveJournal vasitəsilə yayılıb.

Rusiyanın RT kanalı öz internet saytlarını kopyalayaraq Aİ sanksiyalarından yayınır.


Məsələn, guya Almaniyanın “Spiegel” nəşri öz məqaləsində təbii qaz qıtlığı ilə bağlı xəbərdarlıq edib. Amma diqqətlə baxsanız görə bilərsiniz ki, saytın domeni orijinal nəşrin domeni ilə eyni deyil. Eynilə, Britaniyanın saxta “The Guardian” qəzeti Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərdən şübhələndiyini, İtaliyanın “ANSA” agentliyi isə Kiyevin taxıl saxlamasını “tənqid edib”.


“Meta” qeyd edir ki, təhqiqat zamanı şəbəkənin bloklanması başlayanda onun arxasında duranlar yeni vebsaytlar yaratmağa çalışıblar ki, bu da adı çəkilən fəaliyyətə daimi sərmayə qoyulmasından xəbər verir.

Hətta bəzi hallarda şəbəkənin fəaliyyəti Rusiyanın Avropa və Asiyadakı səfirlikləri tərəfindən həyata keçirilib.

Xatırladaq ki, daha əvvəl də “Meta” Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Avropa İttifaqının Kremlin iki əsas təbliğat kanalı olan “RT” və “Sputnik”i blokladıqdan sonra dezinformasiya yaymaq üçün yeni yollara əl atdığını bildirmişdi.


Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...