Bələdiyyə başçısı HDP binasına xına göndərdi

Bolu Bələdiyyə Başçısı Tanju Özcan CHP Nizam-intizam qurumunun ona verdiyi 1 illik müvəqqəti işdən çıxarma cəzasından sonra HDP mərkəz binasına xına göndərib.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, uzun müddətdir HDP-nin hədəfində olduğunu və CHP-dən xaric edilməsinin tələb olunduğunu deyən Özcan:
"Hamısını HDP Ümumi Qərargahına göndərirəm. Bu xınanı qərargahda saxlasınlar. Kafi miqdarda. Terror təşkilatı lideri Öcalana da bir qədər göndərsinlər.
Xatırladaq ki, CHP Bolu Bələdiyyə Başçısı Tanju Özcana şəhər məclisi toplantısında AK Parti Qadın Bələdiyyə Məclis Üzvünün ünvanına söylədiyi sözlərə görə 1 il müvəqqəti vəzifədən uzaqlaşdırma cəzası verilmişdi. Qərardan sonra Özcan HDP Ümumi Mərkəzinə xına göndərib. Karqo şöbəsinin qarşısında jurnalistlərə açıqlama verən Tanju Özcan "Dünəndən etibarən bu separatçı terror təşkilatının üzvlərinin siyasi uzantıları və separatçı terror təşkilatı üzvlərinə rəğbət bəsləyənlər bayram keçirirlər. Niyə bayram edirlər? Mühacirlərlə bağlı sözlərimdən narahatsınız? Hamısının terror təşkilatı ilə əlaqəsini ortaya qoyan çıxışlarım var. Buna görə uzun müddət HDP-nin hədəfində olmuşam.HDP rəsmiləri açıq şəkildə CHP-dən xaric edilməyimi rəsmən tələb ediblər.Dünənki qərar onları çox sevindirdi. Ona görə də müvəqqəti olaraq qovuldum.
İyunun 13-də cəzasının sona çatacağını açıqlayan Tanju Özcan:
“Əgər qismət olsa, ehtiyatlı davrandığım üçün bu müddətin təxminən 4 ayını artıq tamamlama ehtimalım var. İyunun 13-də evimə - CHP-yə dönəcəyəm. Həmişə deyirdim. Əgər birdəfəlik və ya müvəqqəti xaric edilmə qərarı verilsə, mənim partiya ilə hüquqi əlaqələrimi kəsə bilərlər. Amma onlar heç vaxt partiyama olan sevgimi məndən ala bilməzlər. Bu gün mən bu sözlərin arxasındayam”-deyə o bildirib.
“Bu gün PTT-nin qarşısına niyə gəldim? Hər kəs xınanın nə demək olduğunu çox yaxşı bilir. Çox gətirmişəm. Hamısını HDP-nin qərargah binasına göndərirəm ki, qərargahda bu xınadan doysunlar. Birini terror təşkilatının lideri Öcalanın yanına göndərsinlər, birini də Qəndildəki o Karayılan alçağına göndərsinlər”.
Aynil