"Şimal axını" qaz kəmərlərində partlayışlar qeydə alındı

“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində qaz sızması nəticəsində iki güclü sualtı partlayış qeydə alınıb.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə sentyabrın 27-də İsveçin seysmik mərkəzinin nümayəndəsi Byorn Lund məlumat verib.


Bir gün əvvəl “Nord Stream 2 AG” şirkəti Rusiyaya qarşı sanksiyalara görə istismarı dayandırılan və texniki qazla doldurulmuş “Şimal axını 2” xətlərindən birində təzyiqin kəskin azalması ilə müşayiət edilən partlayış olduğu bildirilmişdi. Hadisənin baş vermə səbəbləri məlum deyil.


Eyni zamanda,avqustun sonundan istifadəsi dayandırılan “Şimal axını”nın hər iki xəttində təzyiqin azaldığı da bildirilir.


Kremlin sözçüsü Dmitri Peskov qaz kəmərində fövqəladə vəziyyətin səbəbinin təxribat ola biləcəyini istisna etməyib. Başqa versiyaların da mümkün olduğunu dilə gətirən Preskov hadisənin təcili araşdırılmasını tələb edib. Rusiya Prezidentinin mətbuat katibini isə insidentin bütün qitənin enerji təhlükəsizliyinə təsir edən məsələ olduğunu vurğulayıb.



Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...