Dağıstan Kreml üçün döyüşmək istəmir – Rusiyanı etiraz dalğası bürüyür

Dağıstan Kreml üçün döyüşmək istəmir – Rusiyanı etiraz dalğası bürüyür

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərliyi nəzərdə tutan fərmanı imzaladıqdan sonra 300 mindən çox insan orduya cəlb edilib.

Paralel olaraq isə Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk edərək, vizasız rejim olan bir sıra ölkələrə - Ermənistan, Qazaxıstan, Gürcüstana gedirlər. Artıq Türkiyə də çoxlarının sığınacağına çevrilib. 2 milyon rusiyalının ölkəni tərk edəcəyi gözlənilir. 

 

Bununla belə, getdikcə ölkə daxilinə səfərbərlik əleyhinə etirazlar güclənir. İlk ciddi kütləvi etiraz isə son illərdə mərkəzi hakimiyyətlə narazılıq yaşayan Dağıstanda baş verib. Belə ki, Dağıstanda səfərbərlik əleyhinə etiraz aksiyaları keçirən Endirey yaşayış məntəqəsinin sakinləri Xasavyurd-Mahaçqala yolunu bağlayıblar. Polisin sakinlərə atəş açdığı bildirilir.

 

Dağıstanda olduğu kimi, Çeçenistan, Tatarıstan, Başqırdıstan və Saxa Yakutyada səfərbərliyə qarşı etirazlar təşkil edilir.

 

Nə baş verir?

 

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə onsuz da ruslar arasında ciddi narazılıq yaratmışdı. Prinsip etibarilə, ruslar dili, dini etnik mənsubiyyəti eyni olan faktiki olaraq qardaşları ilə müharibə aparmalı idi.

 

Müharibə əgər ruslar üçün mənəvi baxımdan ağır idisə, qeyri-rus olan Rusiya vətəndaşları üçün büsbütün problemdir. Belə ki, Dağıstan başda olmaqla, digər muxtar respublikalarda yaşayan qeyri-rusların etiraz etməsinin əsas səbəbi səfərbərlik qərarının ümumi Rusiyada elan edilməsinə baxmayaraq, Ukrayna ilə döyüşlərin getdiyi təmas xəttinə daha çox qeyri-rusların göndərilməsidir. Yəni rəsmi Moskva faktiki olaraq qeyri-rusları ölümə göndərir. Başqa sözlə, müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir.

 

Kremlin postmodern soyqırımı

 

Rusiyanın ərazisi əhali nisbətinə görə kifayət qədər genişdir. Rusiya demoqrafik baxımdan da ciddi problemlər yaşayır. Belə ki, hazırda Rusiya əhalisinin ümumi göstəricisinə görə, rusların artımı qeyri-ruslara görə günbəgün azalır.

 

Kreml vəziyyətdən narazıdır və Rusiya--Ukrayna müharibəsindən demoqrafik problemin “həlli” üçün də istifadə edir. Belə ki, müharibəyə cəlb edilən qeyri-rusların əksəriyyəti hərbi xidməti 5 il müddətində bitirən 25-30 yaş aralığında olanlardır. Bu isə əhalinin əsas artım dinamikasına təsir edən yaş qrupudur. 25-30 yaş arası qeyri-rusların döyüşlərdə həlak olması muxtar respublikalarda qeyri-rus əhalinin artım dinamikasına ciddi zərər verə bilər.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...