Ötən il Azərbaycanı 600 nəfər daimi tərk edib

Cəmiyyət
15:08 / 27.09.2022
10459
Ötən il Azərbaycanı 600 nəfər daimi yaşamaq üçün tərk edib.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanı daimi yaşamaq üçün tərk edənlərin sayı son illərdə azalıb. Ölkəni daimi tərk edənlərin sayı 2005-ci ildə 2,9 min, 2015-ci ildə 1,6 min olmuşdu.
Gedənlərdən fərqli olaraq gələnlərin sayı daha çoxdur. Belə ki, ötən il 2,1 min insan Azərbaycana daimi yaşamaq üçün gəlib. Nəticədə ölkəmizdə 1,8 min nəfər miqrasiya artımı olub.
Vasif,
Sfera.az